“TurAz Qartalı - 2022”-də iştirak edəcək Türkiyə hərbiçiləri və aviasiya vasitələri ölkəmizdədir - FOTO
2 Sentyabr 2022 20:46 Ordu"TurAz Qartalı - 2022" birgə taktiki-uçuş təlimində iştirak edəcək Türkiyə Hərbi Hava Qüvvələrinin şəxsi heyəti və aviasiya vasitələri ölkəmizə gəlib.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 5-dən başlayacaq təlimdə iki ölkənin Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətlərinin planlaşdırılması, qarşılıqlı əlaqə və döyüş uzlaşmasının öyrənilməsi, eləcə də axtarış-xilasetmə tədbirlərinin icrası və digər tapşırıqlar yerinə yetiriləcəkdir.






Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31