Qarabağda yerli separatçılar Azərbaycanin tələbi ilə razılaşir
1 Sentyabr 2022 12:55 Ordu"Avropa İttifaqı prezidenti Şarl Mişelin vasitçiliyi keçirilən Brüssel görüşü Azərbaycanın bir daha danışıqlar masasında qalib kimi ayrılması ilə nəticələndi. Demək olar ki, Brüssel danışıqlarında "Minsk qrupu" formatı müzakirə olunmadı. Xüsusilə, Azərbaycanla Emənistan arasında sülhün əldə edilməsi istiqamətində danışıqlar aparılır". "Olaylar"ın məlumatına görə, Milli Cəbhə Partiyasının sədrinin muavini, siyasi ekspert Məhəmməd Əsədullazadə qeyd edib ki, Brüsseldə bu ilin noyabr ayında növbəti görüş keçirlməsi razılaşdırılıb. Paralel olaraq sərhədlərin delimitasiya və demakasiyası üzrə komissiyanın iclasının keçirilməsi Brüsseldə qərara alınıb: "Bu görüşdə ictimaiyyətə geniş açıqlama verilməsinə baxmayaraq, əldə edilmiş razılaşmalara əsasən, Ermənistan silahlı qüvvələrinin Qarabağdakı qalıqları hissə-hissə çıxarılacaq və yerdə qalan qanunsuz silahlı erməni birləşmələrinin ləğvi həyata keçiriləcək. Məhz ötən gün Xankəndində keçirilən etiraz aksiyasında ermənilər Ermənistanla Azərbaycan arasında bu kimi razılaşamlaradan narazı olduqlarını elan etdilər. Qeyd edim ki, yerli separatçıların liderləri qanunsuz silahlı birləşmələrin ləğvini Azərbaycan rəsmiləri ilə müzakirə edərək Bakının tələblərinin yerinə yetirilməsinə razılaşıblar. Prosesdə danışıqları yerli separatçıların lideri Vitali Balasanyan aparır. Arayik Arutunyan haqqında həbs qərarı olduğu üçün o bu kimi danışıqlarda iştirak etmir. V. Balasanyanın birinci Qarabağ müharibəsində Azərbaycanla danışıqlar aparmaq təcrübəsi var. Bu ilin noyabr ayına kimi Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir və noyabr görüşündə sülh müqaviləsinin bağlanması üçün işçi qrupu yaradıla bilər. Göründüyü kimi, Avropa İttifaqının vasitəçilyi müəyyən qədər effektlidir. Rəsmi Bakı bu danışıqlardan məmnundur. Ermənistan danışıqlardan yayınmasa, Azərbaycanla gələn ildən başlayaraq real sülh danışıqları başlaya bilər. Baş verən siyasi proseslər Azərbaycan prezidenti İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin uğurlu məntiqi nəticəsidir. Ermənistanla paralel danışıqlar aparmaqla, Xankəndindəki separatçıları da Rusiyanın nəzarətindən çıxarmağa çalışır".