Xocavənddə Ermənistana məxsus "Mİ-8" helikopterinin qalıqları aşkarlanıb - FOTO
11 Avqust 2022 19:04 OrduBu gün Xocavənd rayonunun Tuğ kəndi ərazisində Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopterinin qalıqları aşkar edilib.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində müəyyən olunub ki, həmin qalıqlar Vətən müharibəsi zamanı 2020-ci il oktyabr ayının 18-də Xocavənd rayonunun Tuğ kəndi istiqamətində Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən ekipajı ilə birlikdə vurulan Ermənistan Silahlı Qüvvələrinə məxsus "Mİ-8" helikopteridir.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31