Kəlbəcərdə hərbi qulluqçumuz itkin düşüb - Müdafiə Nazirliyi
23 İyul 2022 18:43 Orduİyulun 23-də günorta saatlarında Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbayev Kamiz Mübariz oğlu dövlət sərhədinin Kəlbəcər rayonu sahəsində itkin düşüb.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, hərbi qulluqçumuzun axtarışı istiqamətində müvafiq tədbirlər görülür.
Hazırda faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31