Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - Müdafiə Nazirliyi

İyulun 13-ü günorta saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub.

Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31