Düşmən hücuma keçdi - Müdafiə Nazirliyindən RƏSMİ AÇIQLAMA
12 İyul 2022 10:54 OrduKəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.
Bu barədə Olaylar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31