Yararsız döyüş sursatlarının növbəti utilizasiyası aparılacaq - Müdafiə Nazirliyi
7 İyun 2022 21:17 OrduAzərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Olaylar.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən (MN) bildirilib.
Qeyd olunub ki, döyüş sursatlarının utilizasiya prosesi 08.06.2022-ci il tarixdən 11.06.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31