Ordumuzun mövqeləri atəşə tutulub - Müdafiə Nazirliyi
21 May 2022 19:49 OrduMayın 21-i saat 16:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan istifadə edərək atəşə tutub.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən bildirilib ki, ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31