Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub - Müdafiə Nazirliyi

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub.

Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, mayın 17-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd və Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Yellicə və Barmaqbinə məntəqələri istiqamətlərində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31