"Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur" - Müdafiə Nazirliyi
24 Mart 2022 19:55 OrduErməni mənbələri tərəfindən Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca guya vəziyyətin gərginləşdiyi barədə verilən xəbərlər həqiqəti əks etdirmir.
Olaylar.az bildirir ki, Müdafiə Nazirliyindən bildirilib ki, məntəqədə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır, hər hansı toqquşma və ya insident baş verməyib.
Erməni mənbələri tərəfindən süni şəkildə vəziyyət şişirdilir. Məqsəd qəsdən isterikaya səbəb ola biləcək abu-hava yaratmaq, ictimaiyyəti çaşdırmaq və yanlış istiqamətə yönəltməkdən ibarətdir. Narahatlıq və təşviş üçün heç bir əsas yoxdur.
Azərbaycan Ordusunun bölmələri əməliyyat şəraitinə tam nəzarət edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31