Azərbaycanın müdafiə nazirinin Pakistana rəsmi səfəri başlayıb
21 Mart 2022 13:25 OrduAzərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın dəvəti ilə martın 21-də bu ölkəyə rəsmi səfərə gedib.
Olaylar.az bildirir ki, Müdafiə naziri general-polkovnik Z.Həsənovun ölkənin bir sıra dövlət və hərbi rəsmiləri ilə görüşü, eləcə də Pakistanın "Milli Günü"nə həsr edilən hərbi paradda fəxri qonaq qismində iştirakı nəzərdə tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31