Hərbi qulluqçumuz ona hücum edən erməni əsilli təxribatçını zərərsizləşdirilib - Müdafiə Nazirliyi
3 Dekabr 2021 15:11 OrduXocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuz dekabrın 3-ü saat 13.00 radələrində erməni əsilli şəxs tərəfindən hücuma məruz qalıb.
Olaylar.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Həmin şəxs silahı ələ keçirməyə cəhd göstərib.
Hərbi qulluqçumuz havaya atəş açdıqdan sonra özünü müdafiə etmək məqsədilə ona hücum edən təxribatçını zərərsizləşdirib.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin komandanlığına və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə məlumat verilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31