Günel Gözəlova da işdən çıxdı
12 Fevral 2021 18:15 OrduNəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat katibi Günel Gözəlova işdən çıxıb.
Bu barədə o, özü məlumat verib.
"Əziz dostlarım, həmkarlarım!
Bu gündən artıq illərdir çalışdığım iş yerimdən ayrılmaq qərarı aldım və rica edirəm heç kəs səbəb axtarmasın, çünki bu dünyada insan həyatı belə əbədi deyil. Keçmişə hörmət, gələcəyə inamla davam etməliyik hər bir yolun sonunda. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və kollektivi bundan sonra da mənim üçün doğma olacaq!", - deyə sözçü qeyd edib.
Qeyd edək ki, bu gün Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Əli də vəzifəsindən ayrılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31