Xankəndinin ətraf əraziləri minalardan təmizlənib

Rusiya Müdafiə Nazirliyinin sülhməramlıları tərəfindən Xankəndi şəhərinin cənub ətraf ərazilərində mühəndis kəşfiyyatı və minalardan təmizlənmə əməliyyatı həyata keçirilib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib.

Bildirilib ki, gün ərzində bir hektardan çox ərazi və bir kilometr yol təmizlənib, 2876 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.

Ümumilikdə isə, Dağlıq Qarabağdakı mühəndis bölmələri tərəfindən 62 hektardan çox ərazinin və 21 kilometrdən çox yolun minalardan təmizləndiyi və 4000-dən çox partlayıcı obyektin aşkar edilərək zərərsizləşdirildiyi bildirilib.

https://www.youtube.com/watch?v=3cLrvg6h2kk

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31