Hərbi əməliyyatlar dayandırılmayacaq - MÜHARİBƏ BAŞLAYIB VƏ...

"Bu dəfə Azərbaycan Ordusu hansısa beynəlxalq təşkilatın, dövlətin xahişi ilə geri çəkilməyəcək".

"Bu dəfə Azərbaycan Ordusu hansısa beynəlxalq təşkilatın, dövlətin xahişi ilə geri çəkilməyəcək".

 Olaylar.az xəbər verir ki, bu sözləri hərbi ekspert Abuzər Əbilov deyib. O, Azərbaycan Ordusunun böyük ruh yüksəkliyi ilə düşmənə ağır cavab zərbələri endirdiyini bildirib:

"Hazırda döyüşlərin getdiyi ərazidəyəm. Burada ordumuz faktiki olaraq antiterror əməliyyatları aparır. Ordumuz düşmənə artileriya zərbələri endirir. Hazırda ordumuz tərəfindən irəliləyiş var. Bu əməliyyatlar son ana qədər davam edəcək. Bu dəfə əvvəlki dövrlərdəki kimi hansısa beynəlxalq təşkilatın, dövlətin xahişi ilə dayanmayacağıq. Faktiki olaraq artıq müharibə başlayıb. Ordumuzda böyük ruh yüksəkliyi var".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31