Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyinə çevrilib

Etiraf edilməlidir ki, orduya göstərilən qayğı, xüsusən Ali baş Komandan, Prezident İlham Əliyevin Silahlı Qüvvələrlə bağlı verdiyi fərman və sərəncamlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənclərdə vətənpərvərlik hisslərinin artmasına son  dərəcə müsbət təsir göstərib.

Etiraf edilməlidir ki, orduya göstərilən qayğı, xüsusən Ali baş Komandan, Prezident İlham Əliyevin Silahlı Qüvvələrlə bağlı verdiyi fərman və sərəncamlar, əsgər və zabitlərimizə göstərdiyi diqqət gənclərdə vətənpərvərlik hisslərinin artmasına son  dərəcə müsbət təsir göstərib. Əslində, Ali Baş Komandan İlham Əliyevin orduya ayırdığı diqqət və qayğı dünya ölkələri tərəfindən qibtə və qısqanclıqla qəbul edilir. Çünki ordumuz qidasından, yaşayış şəraitindən tutmuş ailə-məişət şəraitinə qədər lazım olan bütün təchizatla tam təmin olunub. Bu da təbii ki, gənclər arasında milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsinə öz töhfəsini verməkdədir. Bu gün Azərbaycan ordusunun bir problemi var ki, o da Qarabağın işğal altında olmasıdır. Lakin, əminliklə qeyd etmək yerinə düşət ki, sülh danışıqları nəticə verməyəcəyi təqdirdə Azərbaycan Silahlı Qüvvələri işğal altında olan torpaqlarımızı azad edəcək və o gün elə də uzaqda deyil. Artıq ordunun bu istiqamətdə hazırlığı istiqamətində ciddi işlər aparılır. Məhz bunun nəticəsidir ki, Azərbaycan Ordusu xalqımızın qüruru, dövlətimizin güvənc mənbəyinə çevrilib.  Hazırda Azərbaycan Ordusu nəinki Cənubi Qafqazda, eləcə də dünyanın ən güclü orduları sırasındadır. Ordu quruculuğu istiqamətində həyata keçirilən sistemli və məqsədyönlü tədbirlərin nəticəsi kimi, Azərbaycan güclü orduya, təkmilləşmiş hərbi sistemə və inkişaf etmiş müdafiə sənayesinə malikdir. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. 

Lakin sirr deyil ki, döyüşdə qələbə əldə etmək üçün təkcə ordunun maddi-texniki bazası kifayət etmir. Qələbə əldə etməyin yolu həm də gənclərdə Vətəni qorumaq üçün ilk növbədə Vətənə qarşı sevgi, məhəbbət olmalıdır. Bu sevgi vətənpərvərlik adlanır. Tariximizin hansı səhifəsini vərəqləsək, orada igid babalarımızın keçdiyi qəhrəmanlı qyollarının izinə rast gələrik. Çünki yaşadığımız torpağı qorumaq üçün Vətən uğrunda mübarizə əsas şərtdir. Məhz bu amil vətənpərvərliyi şərtləndirir. Özünü ölkənin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, əqidəli vətənpərvər gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Çünki milli mənlikdə milli ideal, milli ləyaqət, milli şərəf, milli birlik hissi, müstəqillik arzuları, milli qürur hissi ehtiva olunur. Milli mənlik hər bir şəxsin özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs həyatın heç bir hadisəsinə laqeyd qala bilməz.Vətən, torpaq məhəbbəti, millətinin və xalqının qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün çalışmağa sövq edir. Hazırda Azərbaycan hərbçiləri öz ata-babalarının keçdiyi qəhrəmanlıq yolunu layiqincə davam etdirirlər. İndi ordumuzun hər bölməsində vətənpərvər, cəsur və mərd oğulların xidmət etdiyinin daim şahidi oluruq.  Bu gün də hərbi hissələrimizin düşmənlə təmas xəttində yerləşən bölməsində vətənpərvər əsgərlərimiz düşmənə- mənfur ermənilərə qarşı qətiyyətlə mübarizə aparırlar.Torpaqlarımıza keşik çəkən bu oğulların qətiyyəti, məğrurluğu sübut edir ki, torpaqlarımız inamla qorunur. Düşmən hər an nəzarətdə saxlanılır.

O da məlumdur ki, dövlətin müstəqilliyini qoruyub saxlamaq üçün güclü ordu ən vacib şərtlərdəndir. Güclü ordusu olmayan dövlətin müstəqilliyi daim düşmənlərin, yadellilərin təhlükəsi altındadır. Etiraf edilməlidir ki, Azərbaycan Ordusu zəngin maddi-texniki bazaya, ən yeni silahlara malikdir. Silahlı Qüvvələrimizin mənəvi-psixoloji durumanun da ən yüksək səviyyədə olması hamıya bəllidir. Qətiyyətlə qeyd etmək olar ki, qorxmaz, mərd, cəsur əsgərlərimiz Vətənin keşiyində ayıq-sayıq dayanıblar. Çünki, Azərbaycan əsgərinin ən güclü silahı vətənpərvərliyi, Vətən sevgisidir. Elə bu səbədən də xalq Azərbaycan Ordusuna güvənir və tez bir zamanda torpaqlarımızı işğaldan azad edəcəyinə inanır.

Alim

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31