“Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar keçirilib
24 İyun 2020 13:36 Ordu2020-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri davam edir. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, çöl məşqləri zamanı heyətlərin bacarığı və uyarlığı yoxlanılıb, hərəkətdə olan şərti düşmən hədəflərinə döyüş atışları icra olunub.
Bundan əlavə, şəxsi heyət döyüş maşınlarının idarə olunması üzrə praktiki təlim tapşırıqlarını icra edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31