Sərnişinlər yoxlanılaraq metroya buraxılacaq - Rəsmi
8 May 2020 18:01 OrduOperativ Qərargahın tövsiyələrinə əsasən yaşı 65-dən yuxarı olan işçilərin işə gəlməməsinə ciddi yanaşmışıq.
Bu fikirləri "Bakı metropoliteni" QSC sədr müavini Hidayət Məmmədov Operativ Qərargahın brifinqində deyib.
O bildirib ki, metropolitendə mayın 31-dək bütün tövsiyələrə əməl olunacaq: "Sərnişinlərin yoxlanılaraq içəri buraxılmasında əlimizdən gələni edəcəyik.
Metropolitendə çıxışlara məhdudiyyət məsələsi olmayıb. Yalnız girişlərdə məhdudiyyət qoyulur və bu sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 8-12 saat ərzində çalışan metropoliten əməkdaşlarının sağlamlığı həm də sərnişinlərin davranışından asılıdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31