Naxçıvanda komanda-qərargah təlimi başlayıb

Naxçıvanda komanda-qərargah təlimi başlayıb

Naxçıvan Qarnizonu qoşunlarında ərazidə ikitərəfli üçpilləli komanda-qərargah təlimi başlayıb.

"OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün praktiki fəaliyyətlərə cəlb edilmiş birləşmə və hissələr təlim-döyüş həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.

"Naxçıvan Hərbi Qarnizonu Qoşunlarının 2019-cu tədris ilinə uzlaşdırma planı"na əsasən keçirilən komanda-qərargah təlimi sentyabrın 14-dək davam edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31