Müsahibə

Heydər Əliyevin Azərbaycançılıq ideologiyası bizim üçün bayraqdır

13 Dekabr 2016 13:10

Tarixən Azərbaycan diasporunun ən güclü olduğu ölkələrdən biri də Ukrayna olub. Ancaq təssüflər olsun ki, zaman-zaman Ukraynadakı Azərbaycan diaspor təşkilatları arasında meydana gələn ziddiyyətlər, fikir ayrılığı bu ölkədəki diasporumuzu artıq zəiflədib. Amma bütün bunlara baxmayaraq diasporumuzun yekdil, birgə olması istiqamətində işlər aparılır. Bəs görəsən, bu kimi cəhdlər, təşəbbüslər nə dərəcədə müsbət nəticə verə bilər? Bu və ya digər suallarla Ukrayna Milli Aviasiya Universitetinin professoru, hüquq elmləri doktoru, Ukraynanın əməkdar təhsil işçisi, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyevlə söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Arif Quliyev Ukraynada yaşayan azərbaycanlıların elm sahəsində əldə etdiyi nailiyyətlərdən də söz açıb.

Zərurət yarandıqda hakimiyyətə dəstək verilməlidir

12 Dekabr 2016 13:25

Artıq 2016-cı ilin başa çatmasına sayılı günlər qalıb. Bu il də bir sıra mənfi və müsbət məqamları ilə tairixin yaddaşına köçməkdədir. Əvvəlki illər kimi bu il də ənənəvi olaraq dəyişməyən hal Azərbaycan müxalifəti ilə bağlı oldu. Belə ki, başa vurmaqda olduğumuz il də Azərbaycan müxalifəti üçün uğursuz oldu desək yanılmarıq. Bəs görəsən 2016-cı ili müxalifət partiyaları necə dəyərləndirir? Bu və digər suallarla Azərbaycan Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucluya müraciət etdik. AMİP rəsmisi təmsil etdiyi partiyanın qarşıdakı il üçün hədəfləri barədə də məlumat verib.

Prezidentin köməkçisi: “Vaxt gələcək Azərbaycan təkbaşına, öz gücü ilə ərazilərini işğaldan tamamilə azad edəcək”

9 Dekabr 2016 16:49

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Əl-Cəzirə” telekanalına müsahibə verib.  AZƏRTAC müsahibəni təqdim edir: Müxbir: Bugünkü müsahibimiz Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdur. Biz onunla Azərbaycanda mövcud vəziyyət və beynəlxalq arenada son vaxtlar özünün balanslaşdırılmış siyasəti və inkişaf etməkdə olan iqtisadiyyatı ilə ön plana çıxan bu ölkənin gələcəyi barədə söhbət edəcəyik.

Bu gün Turan birliyinə ehtiyac var

9 Dekabr 2016 13:50

Bu günlərdə vəfatının dördüncü ildönümü qeyd edilən Turan Yazqanın bir zamanlar təsis etdiyi Türk Dünyası Araşdırmalar Vəqfi bu gün də öz uğurlu fəaliyyətini davam etdirir. Vəqfin qarşıdakı planları, nəzərdə tutulan layihələr, eləcə də qurumun yaxın gələcəkdə Azərbaycanla əlaqədar ideyaları ilə bağlı Türk Dünyası Araşdırmalar Vəqfinin sədri Közhan Yazqanla söhbətləşdik. “OLAYLAR”-a verdiyi müsahibədə Közhan Yazqan Bakı ilə yanaşı bir sıra bölgələrdə də lisey açmaq barədə düşünüldüyünü vurğulayıb.

Beynəlxalq birlik Qarabağ probleminin həllinə laqeyddir

9 Dekabr 2016 13:48

Son vaxtlar Dağlıq Qarabağ probleminin həlli istiqamətində yenidən xalq diplomatiyası təşəbbüsü gündəmə gəlib. Bir müddət əvvəl Bakıda erməni vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən konfransdan sonra bu təşəbbüsü irəli aparmaq məqsədilə platforma da hazırlanıb. Bəs görəsən, bu kimi təşəbbüslər Dağlıq Qarabağ probleminin həllinə nə dərəcədə müsbət təsir göstərə bilər? Bu və ya digər suallarla politoloq Əli Qənbərliyə müraciət etdik. “OLAYLAR”-a verdiyi müsahibədə politoloq Rusiya-Ermənistan hərbi birliyinin yaradılması ideyası, bunun region üçün mümkün təhlükələrindən də danışıb.

Azərbaycanın da Şimali Kipr kimi gözəl turizm potensialı var

8 Dekabr 2016 14:56

Son illər Azərbaycanla Şimali Kipr Türk Respublikası arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı müşahidə edilməkdədir. Rəsmi olmasa da, qeyri-rəsmi səviyyələrdə təşkilı edilən səfərlər xüsusilə turizm və təhsil sahəsində daha yaxın münasibətlərin qurulmasına imkan yaradır. Bu günlərdə iki ölkə arasında turizm sahəsində daha bir yaxınlaşma qeydə alınıb. Belə ki, Şimali Kipr Türk Respublikasının turizm və ətraf mühit naziri Fikri Ataoğlunun rəhbərlik etdiyi geniştərkibli nümayəndə heyəti Azərbaycana gələrək müxtəlif turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində məsləhətləşmələr aparıb. Bakıda olduğu müddətə kiprli nazir ölkəsinin turizm təqdimatını da edib. Biz də fürsət tapıb Şimali Kipr Türk Respublikasının turizm və ətraf mühit naziri Fikri Ataoğlu ilə söhbətləşdik.

Strateji Yol Xəritələrin təyin olunan vaxtda icrası Azərbaycanı güclü iqtisadiyyata malik ölkəyə çevirəcək

8 Dekabr 2016 13:37

Bu günlərdə Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” fərman imzaladı. Fərmanda iqtisadiyyatın bir çox sahələrinin müasir tələblərə və iqtisadi çağırışlara uyğun olaraq inkişaf etdirilməsi nəzərdə tutulur. Bəs görəsən, fərmanın icrası Azərbaycan iqtisadiyyatı üçün hansı müsbət nəticələrə gətirib çıxaracaq? Bu və ya digər suallara aydınlıq gətirmək üçün millət vəkili Azər Badamova müraciət etdik. Azər Badamov “OLAYLAR”-a verdiyi müsahibədə bundan sonra ölkə iqtisadiyyatında müşahidə ediləcək müsbət tendensiyalardan da danışıb. Millət vəkili əmin olduğunu bildirib ki, fərmanın uğurlu icrası ölkə iqtisadiyyatını risklərdən qoruyacaq.

Əflatun Amaşov jurnalistlərə veriləcək evlərlə bağlı şərtləri açıqladı

8 Dekabr 2016 11:52

Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun müsahibəsi: - Jurnalistlər üçün nəzərdə tutulan binada mənzillərin verilməsi işlərinə nə zaman başlanılacaq? - Hazırda binada tamamlanma işləri gedir. Bu işlərin nə zaman bitəcəyi hələlik məlum deyil. Yəqin ki, işlər bitdikdən sonra evlər sahiblərinə təqdim olunacaq.

“Naxçıvan modeli bizim üçün bir örnəkdir”

7 Dekabr 2016 15:18

Son aylar Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar prosesi intensivləşsə də, lakin rum tərəfinin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda ümumi razılıq əldə etmək mümkün olmur. Hər görüşdən sonra növbəti danışıqlara ümid bəslənilsə də, ancaq ümidlər özünü doğrultmur. Bu isə öz-özlüyündə danışıqlara olan inam hissini azaldır. Elə Ağdəniz Strateji Araşdırmalar Mərkəzinin sədri Mehmet Aldəmir də bu qənaətdədir. “OLAYLAR”-a verdiyi müsahibədə Mehmet Aldemir mövcud vəziyyətdən çıxış yollarını da göstərib.

"Eldar Mahmudov tələbə vaxtı "06" ilə avtoşluq edirdi"

5 Dekabr 2016 16:39

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas İlqar Altay qafqazinfo-ya müsahibə verib. - İstintaqdan görünür ki, "MTN hadisələri" 7-8 il davam etdikdən sonra qarşısı alınıb. Verilən sərəncamlar və keçirilən əməliyyatlar dövlət təhlükəsizliyinə olan təhlükənin qarşısını aldımı?

Avstriya Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində məsuliyyətini dərk edir

2 Dekabr 2016 16:12

ATƏT-in gələcək sədri, Avstriyanın xarici işlər naziri Sebastyan Kurts Trend-ə müsahibə verib.

"Bir gün bütün türklər Ötükənə, Orxon-Yenisey vadilərinə ziyarəti özlərinə müqəddəs borc biləcək"

2 Dekabr 2016 14:48

İlqar İlkin: "Ortaq tarixi, keçmişi, ortaq ruhu paylaşdığımız bütün türk xalqları ilə bir can olaraq bütövləşmək bizim gələcəyimizi şəkilləndirən tək gerçək olacaq. Mən isə bu gerçəkliyə yalnız inanmıram, həm də onun üçün cəhd edirəm" Axar.az Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi, “Birlik” jurnalının baş redaktoru, şair İlqar İlkinlə müsahibəni təqdim edir: