Azərbaycanda bərqərar olan hüquqi və demokratik sistemin nöbvəti uğuru

Tahir Mirkişili: “Referendumda iştirak edən seçicilərin əksər hissəsinin dəyişiklikərə "HƏ" deməsi onların Azərbaycan Prezidentinə inamının sarsılmaz olduğunu sübuta yetirdi”

Tahir Mirkişili: "Referendumda iştirak edən seçicilərin əksər hissəsinin dəyişiklikərə "HƏ" deməsi onların Azərbaycan Prezidentinə inamının sarsılmaz olduğunu sübuta yetirdi"

"Eyni zamanda dövlətin etibarlı əldə olduğunu bütün dünyaya nümayiş etdirdi"



Azərbaycan bu günlərdə dünyanın diqqət mərkəzində olan ölkələr sırasındadır. Bir neçə gün əvvəl ölkə konstitusiyasına əlavə və dəyişikliklər etmək məqsədilə ümumxalq səsverməsi (referendum) keçirildi, sentyabrın 29-30-u tarixlərində isə Bakı şəhəri sayca beşşinci Beynəlxalq Humanitar Foruma evsahibliyi etdi. Həm 26 sentyabr ümumxalq səsverməsi, həm də V Bakı Beynəlxalq Humanitar Forumu barədə xarici kütləvi informasiya vasitələrində bir-birindən maraqlı məlumatlar dərc edilməkdədir. Əgər V Bakı Beynəlxalq Humanitar Forumu dünyaya sülh və sabiltik, tolerantlıq təşviq etmək baxımından əhəmiyyətli sayılırsa, 26 sentyabr ümumxalq səsverməsi və onun nəticələri Azərbaycanın yeni dövrə qədəm qoyması, dövlətimizin daha da inkişaf etməsi baxımından əhəmiyyətli siyasi islahat kimi xarakterizə edilir. Elə millət vəkili Tahir Mirkişili də bu qənaətdədir. Millət vəkili "OLAYLAR"-a verdiyi müsahibədə sentyabrın 26-da ölkə konstitusiyasına əlavə və dəyişikliklər etmək məqsədilə keçirilən ümumxalq səsverməsinin (referendum) nəticələri, ona verilən beynəlxalq qiymət, eləcə də referendumdan sonra ölkədə baş verəcək mühüm dəyişikliklər barədə danışıb.
Məlumat üçün qeyd edək ki, sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər etmək məqsədilə keçirilən ümumxalq səsverməsində seçicilər təklif olunan 29 dəyişikliyə münasibət bildiriblər. Səsvermədə iştirak edən seçicilərin 69,7 faizin mütləq əksəriyyəti, 90 faizə yaxını konstitusiya islahatlarının lehinə səs veriblər.

-Tahir müəllim, sentyabrın 26-da Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsinin (referendum) nəticələrini necə dəyərləndirirsiniz?

-Sentyabrın 26-da Konstitusiyaya əlavə və dəyişikliklər məqsədilə keçirilən ümumxalq səsverməsinin (referendum) nəticələrini yüksək dəyərləndirərəm. Seçicilərin bütün ölkə üzrə yüksək fəallığı, seçki prosesesinin qanunlara və beynəlxalq standartlara uyğun keçməsi, beynəlxalq müşahidəçilərin bunu öz pozitiv bəyanatlarında təsbit etməsi Azərbaycanda bərqərar olan hüquqi və demokratik sistemin nöbvəti bir uğuru oldu. Referendumda iştirak edən seçicilərin əksər hissəsinin dəyişiklikərə "HƏ" deməsi onların Azərbaycan Prezidentinə inamının sarsılmaz olduğunu sübuta yetirdi. Eyni zamanda dövlətin etibarlı əldə olduğunu bütün dünyaya nümayiş etdirdi. Digər tərəfdən bu həm də ölkə qarşısında duran çağırışlara vaxtında cavab vermək üçün xalq-Prezident birliyinin hər zaman olduğunu göstərdi.

-Qərbin və Avropanın təzyiqlərinə baxmayaraq Azərbaycan daha bir demokratik seçki keçirməklə dünyaya bir demokratik nümunə göstərə bildimi?

-Əsdində Qərbdə Azərbaycanı istəməyən qüvvələr olduğu kimi, kifayət qədər ölkəmizin dostu olan qüvvələr də var. Təzyiqlər hər zaman olub. Ancaq seçki prosesini izləyən müxtəlif beynəlxalq qurumların bəyanatları da çox pozitiv oldu. Azərbaycan hər şeydən öncə öz qanunları çərçivəsində addımlar atır və bu proses də tam qanunlara müvafiq şəkildə həyata keçirildi.

 

-Referendumu izləyən beynəlxalq müşahidəçilərin də rəyi ondan ibarət oldu ki, ümumxalq səsverməsi azad və ədalətli, şəffaf qaydada keçib. Sizcə, bundan sonra hansısa beynəlxalq qurumlar tərəfindən referendumun nəticələrini kölgə altına salmaq cəhdləri olacaqmı?

-Əsas olan xalqın rəyidir. Kimlərinsə hər hansı fikirlər səsləndirməsi bir çox hallarda siyasi demoqoqiyadır. Ancaq ciddi beynəlxaq təşkilatların rəyləri bəllidir. Həmin rəylər də kifayət qədər müsbətdir.

-Səsvermə günü siz də bir sıra seçki məntəqələrində prosesi yaxından izlədiniz. Referendum zamanı diqqət çəkən hansı məqamlar oldu? 

-Mən də bir çox beynəlxalq müşahidəçilər ilə birlikdə Sumqayıt şəhərində seçki prosesini müşahidə etdim. Onlarla da müxtəlif söhbətlərimiz oldu. Beynəlxalq müşahidəçilərin də fikri çox müsbət oldu. Ən çox diqqət çəlb edən isə referendumda iştirak edən seçicilərin fəallığı idi. Seçicilər vətəndaş borcunu tam yerinə yetirmək üçün böyük fəallıq göstərdilər.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31