Bu gün Azərbaycan dünya üçün bir nümunədir

Ötən həftə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etdi. Belə ki, Azərbaycan paytaxtında V Bakı Beynəlxalq Humanitar Forumu keçirildi.  İki gün davam edən forumda iştirakçıların əsas vurğuladığı məqam ondan ibarət oldu ki, bu gün Azərbaycan dövləti dünyada multikulturalizm nümunəsi kimi çıxış edir və ölkəmizdə mövcud olan tolerantlıq, dini dözümlülük və birgə yaşayış bütün dünyaya örnək ola bilər.   İsrailin “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut da bu qənaətdədir. Arye Qut “OLAYLAR”-a verdiyi müsahibədə V Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün əhəmiyyətindən də danışıb.

Arye Qut: "İsrail-Azərbaycan əlaqələri yalnız siyasi, iqtisadi və hərbi əlaqələr üzərində qurulmayıb"

"Təl-Əviv-Bakı əlaqələrinin bazisində ilk öncə insani körpü dayanır"

Ötən həftə Azərbaycan daha bir beynəlxalq əhəmiyyətli tədbirə evsahibliyi etdi. Belə ki, Azərbaycan paytaxtında V Bakı Beynəlxalq Humanitar Forumu keçirildi.  İki gün davam edən forumda iştirakçıların əsas vurğuladığı məqam ondan ibarət oldu ki, bu gün Azərbaycan dövləti dünyada multikulturalizm nümunəsi kimi çıxış edir və ölkəmizdə mövcud olan tolerantlıq, dini dözümlülük və birgə yaşayış bütün dünyaya örnək ola bilər.   İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq əlaqələr üzrə tanınmış ekspert Arye Qut da bu qənaətdədir. Arye Qut "OLAYLAR"-a verdiyi müsahibədə V Bakı Beynəlxalq Humanitar Forumunun Azərbaycan üçün əhəmiyyətindən də danışıb.

-Arye bəy, V Bakı Beynəlxalq Humanitar Forumu istər multikulturalizmin təbliği, istərsə də tolerantlıq və dini dözümlülüyün təşviqi baxımından nə dərəcədə mühüm əhəmiyyət kəsb edir?

-Mən artıq dördüncü dəfədir ki, Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edirəm. Hər dəfə Bakıya gələndə doğurdan da Azərbaycanla bağlı yeni məlumatlar əldə edilir.  Forumda çıxışı zamanı cənab Prezident İlham Əliyev də bu gün dünyada baş verən proseslərə diqqətini çəkərək haqlı olaraq qeyd etdi ki, bu gün dünya həqiqətən həm humanitar, həm də siyasi baxımdan ciddi böhran dövrünü yaşayır. İstər Yaxın Şərqdə baş verən proseslər, istər digər regionlardakı problemlər, istərsə də Avropadakı islamafobiya və antisemitizm bunlara əyani sübutdur. Bu baxımdan bu gün Azərbaycan dünya üçün bir nümunıdir. Mən İsraildə bunu hər zaman söyləyirəm. Məlum olduğu kimi bu yaxınlarda Dünya Yəhudi Konqresinin sədri Azərbaycana səfər etmişdi və burada cənab Prezident İlham Əliyevlə də görüşdü.  İstər Azərbaycanla tanışlıq, istərsə də dövlət başçısı ilə keçirilən görüşdən sonra bir daha qeyd edildi ki, Azərbaycan çox multikultural və tolerant bir ölkədir. Azərbaycanda heç bir zaman antisemitizm olmayıb. Buna görə də İsrail hər zaman həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan Azərbaycanın yanındadır.  Ümumiyyətlə, hesab edirəm ki, belə forumların keçirilməsi çox önəmlidir.  Amma ən önəmlisi odur ki, foruma gələn insanlar Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkar siyasəti barədə məlumatlandırılsınlar.  Yalnız gəlib otellərdə qalıb, forumda iştirak etməklə iş bitməsin. Çünki Azərbaycanın təbliğatı baxımından bu işi görmək lazımdır. Düzdür, bu istiqamətdə işlər görülür. Ancaq hesab edirəm ki, həmin işlər daha güclü və geniş əhatəli bu olsa yalnız və yalnız Azərbaycanın xeyrinə ola bilər.

-Azərbaycanın nümayiş etdirdiyi tolerantlıq, multikultural ənənələr, sülh, dialoq çağırışlarına, təşəbbüslərinə rəğmən hələ də müəyyən beynəlxalq təşkilatların hazırladığı hesabatlarda, bəyanatlarda haqsız olaraq ölkəmizlə bağlı mənfi rəy, qərəzli mövqelər ortaya qoyulur. Sizcə, bu ədalətzisliyin, ikili standartın arxasında nə dayanır?

-Düşünürəm ki, bu məsələdə bizim özümüzdən də çox şey asılıdır. Yəni, Azərbaycanın özündən də bir çox şeylər asılıdır. Etiraf etmək lazımdır ki, qeyd edilən istiqamətlərdə Azərbaycan çox işlər görür. Amma biz çalışmalıyıq ki, bu işləri daha da sürətləndirək. Maraqlı bir məqama toxunub. Belə ki, Dünya Yəhudi Konqresinin sədri Azəbaycanda olarkən mən də ondan müsahibə aldım və o, həmin müsahibədə qeyd etdi ki, biz Azərbaycan üçün bütün kanalları açmağa hazırıq. Biz Azərbaycanı dəstəkləyirik, çünki buradakı vəziyyəti öz gözümüzlə gördük. Onlar Qubada dağ yəhudilərin məskunlaşdığı ərazidə oldular və onlara yaradılmış şəraitdən razılıq ifadə edildi. Əgər bir kənddə 7 sinaqoq fəaliyyət göstərirsə, deməli bu tolerantlığın, dini dözümlülük və burada yaşayan digər xalqların, dinlərin nümayəndələrinə yaradılmış əlverişli şəraitin əyani sübutudur.  Dünya Yəhudi Konqresinin səsləndirdiyi fikirlərə toxunaraq qeyd etmək istərdim ki, yol ikitərəfli olmalıdır. Yəni, bir tərəf qarşıdakına hər cür dəstək verməyə hazır olduğunu bildirdiyi halda, qarşı tərəfdən də anoloji addım atılmalıdır. Onu da qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də bu səfər və keçirilən görüş çox müsbət qarşılandı. Əgər biz fikirləşiriksə ki, kimsə bizim yerimizə iş görəcək, yanılırıq. Xaricdə yaşayan biri kimi deyə bilərəm ki,  Azərbaycanı istəyən insanlar bunu etməsə, başqa heç kim etməyəcək.

-İsrail-Azərbaycan əlaqələrindən söz düşmüşkən, yaxın vaxtlarda baş nazir Benyamin Netanyahonun ölkəmizə səfəri nəzərdə tutulur. Bu səfərdən gözləntiləriniz nədən ibarətdir və baş nazirin səfəri Təl-Əviv-Bakı əlaqələrinin inkişafında yeni bir mərhələnin əsasını qoya bilərmi?

-İsraillə Azərbaycan arasında əlaqələr bu gün çox yaxşı bir dövrünü yaşayır.  Məlumat üçün qeyd edim ki, Benyamin Netanyahu ilk dəfə Azərbaycana 1997-ci ildə səfər etmişdi.  O zaman Benyamin Netanyahunun səfəri qısa mddətli xarakter daşıyırdı. Həmin vaxt Azərbaycan diplomatiyasında demək olar ki, bir ilkə imza atıldı. Bu ilk və yeganə bir fakt olub ki, o zaman Azərbaycan Respublikasının Prezidenti olan Heydər Əliyev Benyamin Netanyahunu gecə yarısı, təxminən saat 2 radələrində qəbul etmişdi. Benyamin Netanyahunun bu dəfəki səfərindən də gözləntilər yüksəkdir. Məlumata görə, İsrail baş nazirinin Azərbaycana səfəri dekabr ayına nəzərdə tutulub.  Bu səfərin əsas məqsədi ondan ibarətdir ki,  burada söhbət İsrail dövlətinin Azərbaycana dəstəyindən gedir.  Diplomatiyada bunu hər zaman açıq-aydın bildirmək olmur. Ancaq 2-5 aprel hadisələri rəsmi Təl-Əvivin kimin tərəfində olduğunu açıq-aydın ortaya qoydu. Ona görə də ermənilər hər zaman İsrailə qarşı bir kəskin etiraz bildirir və Təl-Əvivi tənqid edirlər. Mən hesab edirəm ki, İsrail-Azərbaycan əlaqələri yalnız siyasi, iqtisadi və hərbi əlaqələr üzərində qurulmayıb. Təl-Əviv-Bakı əlaqələrinin bazisində ilk öncə insani körpü dayanır.  Bu gün İsraildə 70 minə yaxın Azərbaycan kökənli soydaşımız, paralel olaraq Azərbaycanda 30 minə qədər yəhudi yaşayır.  Bu fakt da öz-özlüyündə bir daha onu göstərir ki, iki ölkə arasında böyük körpü var.  İsrailin baş naziri Benyamin Netanyahunun Azərbaycana səfərindən gözləntilər ondan ibarətdir ki, bundan sonra Bakı və Təl-Əviv arasında əlaqələr daha da güclənəcək. Bu gün Avrasiya məkanında Azərbaycan qədər İsrailin böyük strateji partnyoru yoxdur.  Bunu təkcə mən yox, eyni zamanda İsraildə olan əksər siyasilər də söyləyirlər. İqtisadi sahədə də əlaqələr çox yaxşıdır. Eyni zamanda hərbi-texniki əməkdaşlıq baxımından da əlaqələr yüksək səviyyədədir.

Süleyman İsmayılbəyli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31