Mədəniyyət
Nisə Qasımova: "Hər gün xoşbəxtəm deyən insan dəlidir"
"Adətən danışmaqdan daha çox, susmağa üstünlük verirəm. İçimdə o qədər sirlər, xəzinə var ki, onları gizlətməyi xoşlayıram. Mənim fərdi dünyam, çevrəm, görüntüm var. Bu fərdiliyimi çoxları təqdir etməsə də, mən təqdir edirəm. Mənim üçün ümumiyyətlə yaş önəmli deyil. İllər ərzində çəkdiyim iztirabların və sevinclərin çəkisi var. Onları üst-üstə gələndə heç 15 yaş etmir. Bəzən utanc, bəzən isə sevinc hissi ilə deyirəm ki, mən böyümədim, bu yaş həddini hiss etmədim. Bilmirəm nədən? Bu sualı mən də özümə verirəm. Yaşa dolmaq, mənim fikrimcə, istər qadın, istərsə də kişi üçün müdrik olmaq deməkdir. İnsan mütaliə etməklə, təhsil almaqla bilgilənir, elmli olur. Biri də var ki, insanın xislətində olan biliklər və elmlər. Mən o elmin tərəfdarıyam. İnsan özü özünü görməli, tərbiyə etməli, yaşatmalı, böyütməlidir. Mənim üçün yaşın anlamı budur".
25-ci “Hasarın o üzü”...
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının cari repertuarında “Hasarın o üzü” tamaşası 25-ci dəfə nümayiş olunacaq.
Musiqili Teatrla Təbriz Teatrının müştərək layihəsi – “Bəxtəvər”
Azərbaycan Dövlət Musiqili Teatrı bir çox ilklərlə zəngin olan daha bir yeni layihəyə imza atıb. Qurumun mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Dövlət Musiqili Teatrı ilə güneydə yaşayan soydaşlarımızın sevimli gülüş ustası, məşhur komediya aktyoru Babək Nəhreynin rəhbərlik etdiyi Təbriz Teatrı birlikdə tamaşa hazırlayacaq. Babək Nəhreyn həm də İran İslam Respublikası Şərqi Azərbaycan Teatr Assosiasiyasının sədridi. Qeyd edək ki, müştərək hazırlanacaq tamaşanın adı “Bəxtəvər”di.
Özbəkistan televiziya kanalında Azərbaycana həsr olunan proqram təqdim edilib
Daşkənddəki “Dunyo boylab” televiziya kanalında özbək dilində “Telesayohat Ozarbayjon” adlanan ikihissəli proqram nümayiş etdirilib.
Akademik Milli Dram Teatrı cənub bölgəsində
Fevralın 14-də Akademik Milli Dram Teatrının kollektivi “Vəsiyyət”tamaşası ilə cənub bölgəsinə qastrol səfərinə yollanacaq.
Azərbaycanlı qız Demet Akalını HEYRAN ETDİ - VİDEO
Azərbaycanlı xanım ifaçı Səidə Quliyeva Türkiyədə səhnə aldığı bir restoranda dinləyicilər arasında olan Demet Akalını özünə heyran edib. Azərbaycanlı xanım sənətçinin ifası zamanı videosunu çəkib paylaşan Demet ona təriflər yağdırıb: "Tövbə, bu necə bir səsdir! Dəldi keçdi. Tatlısəs dinləsə, "Yandırdı-yandırdı" deyərdi".
Moskvada VIII Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək
Tanınmış opera müğənnisi vəfat etdi
Cövdət Hacıyev Londonda anıldı
“Pişik qız” romanı təqdim olunacaq
Musiqili Teatrda premyera oldu
Firəngiz Əlizadə “H.Sikorski " musiqi jurnalının üz qabığında
“Dərs” filminin məktəblilər üçün nümayişi edildi
Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” bədii filmi gənc tamaşaçılarda milli filmlərə marağın artırılması məqsədilə təşkil olunan “Milli kino – sərvətimizdir” layihəsi çərçivəsində nümayiş etdirildi. Kinostudiyadan “Olaylar” – a bildirilib ki, “Gənc Novatorlar” gənclərin maarifləndirilməsi İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən layihədə 400-ə yaxın məktəbliyə bir neçə film nümayiş etdirilib.
Azər Zeynalov Minskdə
Son illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Belarus Milli Akademik Böyük Opera və Balet teatrı arasında çox sıx yaradıcılıq əlaqələri formalaşıb. Bu əlaqələr çərçivəsində belaruslu vokal və balet sənəti ulduzları tez-tez Azərbaycanda qonaq olur və müxtəlif klassik opera və balet tamaşalarında böyük ustalıqla çıxış edirlər. Eyni zamanda Azərbaycan opera və balet sənətçiləri də Belarusa qastrol səfərlərinə, müxtəlif festival və s. mədəni tədbirlərə dəvət olunurlar.
Filmimiz Hindistanın iki şəhərində
“İçəri Şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalında nümayişi etdirilib. Kinostudiyadan “Olaylar” – a verilən xəbərə görə, film 2-9 fevral tarixlərində keçirilən festivalın “Dünya kinosu” proqramında iştirak edib. Filmin nümayişləri Benqaluru və Maysur şəhərlərində də keçirilib.










.jpg)
.jpg)


