“Bir eksponatın tarixi”
16 Fevral 2017 17:23 Mədəniyyət
Fevralın 18-də Azərbaycan Xalça Muzeyində muzeyin kolleksiyasında saxlanılan ən qədim və nadir eksponatlardan olan "Qafqaz Albaniyasının Yaloylutəpə tipli qab"ın tarixi haqqında məlumat veriləcək. Muzeydən "Olaylar" -a bildirilib ki, tədbir "Bir eksponatın tarixi" layihəsi çərçivəsində reallaşacaq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tədbirdə geniş məruzə ilə çıxış edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31