“Vurğuna vurğun gəlin” təqdim olundu...
16 Fevral 2017 17:22 MədəniyyətAzərbacaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın istedadlı aktrisası, Əməkdar Artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın ifasında yeni tamaşaya daxili baxış keçirilib. L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş yeni tamaşa "Vurğuna vurğun gəlin" adlanır.
Teatrdan "Olaylar" bildirilir ki, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31