Akademiyada “Açıq qapı”
16 Fevral 2017 17:36 MədəniyyətÜzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası musiqiçi abituriyentlər üçün bütün ixtisaslar üzrə "Açıq qapı" günləri elan edir.
Akademiyadan "Olaylar" -a verilən məlumata görə, layihə mart ayının 6,7,9,10 günlərində icra olunacağı planlaşdırılır. Bəstəkarlıq ixtisası üzrə tələbələr 6-9 mart saat 11.00 -14.00 saatları, digər ixtisaslar isə qeyd olunmuş bütün günlərdə 14.00-17.00 saatları çərçivəsində Akademiyanın müəllim və professsor heyətindən məsləhətlər ala biləcəklər.
Qeyd edək ki, məsləhətlər ödənişsizdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31