Mədəniyyət

Habil Əliyev – 90

16 Mart 2017 13:50

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 36 nömrəli Uşaq Musiqi Məktəbi xalq artisti, “Şərəf” və “İstiqlal” ordenli, görkəmli kaman ustası Habil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Baş İdarədən “Olaylar” – a bildirilib ki, Ə.Bədərbəyli adına 11 illik 23 nömrəli Uşaq Musiqi Məktəbində təşkil olunmuş tədbirdə xalq artistləri Canəli Əkbərov, Fəxrəddin Dadaşov, əməkdar incəsənət xadimi Arif Əsədullayev, İdarənin baş məsləhətçisi Mehriban Qurbanova, uşaq musiqi məktəblərinin direktorları və başqa qonaqlar iştirak ediblər.

Əcnəbilərə daha bir töhvə

16 Mart 2017 13:48

“Xarici ölkə vətəndaşlarının Azərbaycana daxil olduqda şəxsi avtomobillərinə görə ödədikləri depozitlə bağlı Turizm Şurasında xüsusi müzakirə keçirmişik. Azərbaycana digər nəqliyyat vasitəsilə gələn insanların əlavə ödənişlərdən azad olunması məsələsi müzakirə edilib”.

Uşaq FilarmoniyasıSankt-Peterburq şəhərində

16 Mart 2017 11:46

Rusiyanın Peterburq şəhərinin “Lido” stadionunda «Sankt-Peterburqun Azərbaycan milli-mədəni muxtariyyat» şəhər ictimai birliyi «Novruz»a həsr olunmuş xeyriyyə tədbiri keçirilib. Tədbirdə ölkəmizin bir çox tanınmış sənətçiləri ilə yanaşı Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəqs kollektivi də yer alıb.

Musiqili Teatrda Hüseynağa Sadıqovun xatirə günü

15 Mart 2017 16:13

Azərbaycan Dövlət Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun xatirə gecəsi keçirilib. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, tədbirdə görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun həyat və yaradıcılığından bəhs edən videoçarx təqdim olunub. Daha sonra ölkənin tanınmış mədəniyyət xadimlərinin iştirak etdiyi xatirə gecəsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev, kinoşünas, rejissor, Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Əməkdar mədəniyyət işçisi Yusif Şeyxov, Xalq artistləri Yasin Qarayev, Həmidə Ömərova, Ağaxan Salmanlı, Əməkdar artist Almaz Mustafayeva, Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov çıxış edərək bənzərsiz səsə və xarakterik sifət cizgilərinə malik olan Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüblər. Tədbir boyu H. Sadıqovun rol aldığı tamaşa və filmlərdən epizodlar nümayiş olunub.

Almaniyalı dirijor “İl Tabarro” operasını idarə edəcək

15 Mart 2017 14:07

Aprelin 8-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin ən maraqlı operalarından biri olan “İl Tabarro” (“Plaş”) operası nümayiş olunacaq.

5 – ci dəfə ailə qurdu

15 Mart 2017 10:19

Aydın Dadaşov vəfat etdi

15 Mart 2017 08:42