Bayram günləri Gənc Tamaşaçılar Teatrında
15 Mart 2017 20:52 Teatr və kinoBayram günlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına maraqlı səhnə əsəri, balaca tamaşaçılar üçün isə əsl bayram əhval ruhiyyəsi hiss olunacaq.
Teatrdan "Olaylar" - a bildirilib ki, bayram günlərində teatrda A.Şaiqin "Tıq-tıq xanım", Xalq nağılı "Qoğalın sərgüzəştləri", A.Lindqrenin "Uzuncorab Pippi" və "Balaca və damda yaşayan Karlson", H.X.Andersenin "Çirkin ördək balası", X.Əlibəylinin "Aycan", A.Tolstoyun "Buratinonun macəraları" tamaşaları göstəriləcək. Tamaşalardan öncə Novruzun əsas personajları - Kosa və Keçəl tamaşaçılarımızı Novruz haqqında şeirlər, mahnılarla salamlayacaqlar. Daha sonra isə tamaşalar nümayiş olunacaq.
Tamaşalar mart ayının 18-dən - 25-dək saat 12.00, 14.00 və 16.00-da nümayiş olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31