Mədəniyyət

Yeni pyes səhnələşdirildi

14 Mart 2017 14:44

Gənc Tamaşaçılar Teatrının fəaliyyəti beynəlxalq mətbuatda...

14 Mart 2017 13:41

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 2011-ci ildən üzv olduğu Beynəlxalq ASSİTEJ dünyanın 105-dən artıq ölkəsinin teatrlarının fəaliyyətini öz aylıq bülletenində yayımlayır. Teatrın və onun digər ölkə teatrları ilə qarşılıqlı yaradıcılıq münasibətləri də adıçəkilən bülletendə hər ay öz əksini tapır.

Şair Sabir Sarvan vəfat edib

14 Mart 2017 10:48

“Boy çiçəyi" təqdim olundu

13 Mart 2017 15:34

Akademik Milli Dram Teatrında görkəmli aktyor, xalq artisti Ramiz  Novruzun iştirakı ilə “Boy çiçəyi" səhnə əsərinin ilk tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən “Olaylar” – a  verilən məlumata görə, xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən və ya Boy çiçəyi” pyesi əsasında hazırlanan tamaşanın rejissoru Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru, xalq artisti Azər Paşa Nemətdir.

Musiqili Teatrda “Arşın mal alan”

13 Mart 2017 13:30

Milli Teatr Günü Azərbaycan Dövlət Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin “Arşın mal alan” əsəri nümayiş olunub. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a  bildirib ki, tamaşanın nümayişindən öncə Dövlət Musiqili Teatrının əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxış edib. Çıxışında Azərbaycan teatr sənətinin keçdiyi 144 illik şərəfli yola qısaca nəzər salan V. Mühacirova bu tarixi prosesdə Musiqili Teatrın oynadığı roldan, gördüyü işlərdən söz açıb.

Əliağa Şıxlinskinin xanımına məxsus material qorunur

13 Mart 2017 13:23

Milli Azərbaycan Tarixi Muzeyinin Hədiyyələr və Xatirə Əşyaları fondunda Azərbaycan Cümhuriyyətinin Hərbi nazirinin müavini, "artilleriya allahı", general-leytenant Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar xanıma  məxsus eksponat - zərf (qovluq)  mühafizə edilir.

Onlar mükafatlandırıldı

11 Mart 2017 09:38