Mədəniyyət
Gənc Tamaşaçılar Teatrının sentyabr ayı üçün repertuarı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr ayında nümayiş ediləcək tamaşaların siyahısını açıqlayıb. Özünün 90-cı yubiley mövsümünə start verən teatr 23 sentyabrda 90-cı mövsümə gündüz saat 12-də C.Rodarinin “Çippolino”, axşam 1900-da isə M.F. Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşaları ilə start verəcəkdir
Avropa Tolerantlıq Festivalı keçiriləcək
Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, DokuBaku, Park Cinema, Landmark Hotel, “United Cultures”, Bakı Media Mərkəzi, YARAT və Turkish Airlines-ın birgə əməkdaşlığı nəticəsində Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək. Bu barədə məlimatı “Olaylar” – a Park Cinema və Avropa Birliyi nümayəndələri bildirib. IMAGINE Avropa Tolerantlıq Festivalının və DokuBakunun əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.
Məşhur rejissor Könül Nağıyeva ilə görüşdü
Məşhur rejissor Peter Vebber İstanbulda olduğu zaman azərbaycanlı aktrisa Könül Nagıyeva və Kaan Urgancıoğlu ilə görüşüb. “Olaylar” bildirir ki, restoranların birində aktyorlarla görüşən rejissor onlarla birgə çəkdirdiyi fotoları instaqram hesabından paylaşıb.
Tanınmış azərbaycanlı kişilər illərlə belə dəyişdi
Şou-biznes əhli imicində dəyişiklik etməyə çox meyillidir. Ən çox dəyişənlər qadınlar olsa da, kişilər də “qonşudan qalma dala” prinsipini əsas gətirərək, öz imiclərində yenilik etmək, dəyişmək, hətta plastik əməliyyat etməkdən belə çəkinmirlər.
“Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi
Sentyabrın 11 – də Xətai Sənət Mərkəzində Cahan Holdingin və Naxçıvan Rəssamlar Birliyinin təşkilatı dəstəyi ilə Naxçıvanda böyüyüb boyaya başa çatmış gənc rəssam Nəbiyev Səbrəli Camal oğlunun “Aydınlığın rəssamı, rəssamın aydınlığı” adlı fərdi rəsm sərgisi keçiriləcək.
"Oğul axtarıram ki, gəlib ağzımı tiksin" - Elza Seyidcahan - FOTO
Zümrüd: "Kim çox pul təklif etsə..."
Tanınmış aktrisa və aparıcı Zümrüd Qasımova yeni mövsümdə tamaşaçılarını Space televiziyasının efirindən salamlayacaq.
“Aygün Kazımovanın konsertini biz maliyyələşdirmirik”
Sentyabrın 22-də “Baku Crystal Hall”da xalq artisti Aygün Kazımovanın “Aygün Kazımova – 30 il” adlı solo konserti baş tutacaq. Afişa və anonslarda konsertin İdman və Gənclər Nazirliyinin dəstəyi ilə baş tutacağı qeyd edilir.
Petek Dinçöz: "Sırf Azərbaycan üçün dəyişdim"
Türkiyəli müğənni Petek Dinçöz Bakıya gəlib. Paytaxtımıza aktrisa Məlahət Abbasovanın dəvəti ilə gələn sənətçi media nümayəndələri ilə görüşüb. Azərbaycanla bağlı təəssüratlarını bölüşən Dinçöz bura tez-tez gəldiyini deyib: "Bir vaxtlar Türkiyədə veriliş aparırıdım. Onda bir çox azərbaycanlı sənətçini proqramımda qonaq etmişdim. Sizin ölkənizdə sənətə böyük hörmət var. Mən izmirliyəm. Siz də onlar kimi səmimisiniz".
Azərbaycanlı aktrisa gəlinlikdə POZALAR VERDİ
Bu gün türk estetik cərrah Murat Temizlə ailə həyatı quran aktrisa Cəmilə Tağızadə fotosessiya etdirib. “Love story” fotolar çəkdirən cütlük gəlin və bəy geyimində olub. Cəmilə və Murat fotoqraf Xətai Yusubovun obyektivi qarşısına keçib.
“Retro Bakı” - da bu həftə kimlər olacaq?
Sentyabrın 8 – 9- da Fəvvarələr Meydanında Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri baş tutacaq. “Olaylar” bildirir ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.
Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin dəstəyi, AYB Sumqayıt bölməsi və S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin birgə təşkilatçılığı ilə Xızı rayonunda şair Mikayıl Müşfiqin xatirə gecəsi keçirilib. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, Mikayıl Müşfiq muzeyində baş tutan tədbirdə muzeyin direktoru Orxan Əzimov şairin qisa ömür yolu və yaradıcılığı, o cümlədən, muzeyin fəaliyyəti haqqında ətraflı məlumat verib.
İlk dəfə olaraq – “Asılmış kitab” payız kitab marafonu
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) mərkəzi kitabxanasında ilk dəfə olaraq “Asılmış kitab” payız kitab marafonu keçirilir. “Olaylar” bildirir ki, noyabrın 30-dək davam edəcək marafonda oxucular bəyəndikləri kitab haqqında rəy yazmaqla yanaşı, onu başqasına tövsiyə etmək məqsədilə rəmzi olaraq yaradılmış ağacdan “asa bilmək” imkanı əldə edəcəklər. Marafonun məqsədi üstündə rəy yazılmış kitabların digər oxucular tərəfindən yenidən oxunmasıdır. “Asılmış kitab” aksiyası Avropada dəb olan “asılmış əşyalar” təcrübəsinə əsaslanır. Ehtimal olunur ki, bu ənənənin kökü İtaliyanın Neapol şəhərindən başlayıb.
Lütfi Zadə vəfat etdi
Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Universitetinin professoru Lütfi Zadə sentyabrın 6-da Kaliforniya vaxti ilə səhər saat 7:30 radələrində dünyasını dəyişib. Bu barədə məlumatı Zadə ailəsinin yaxın dostu, professor Lütfi Zadənin son aylarında onun hər zaman yanında olan Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova verib. Xatırladaq ki, avqust ayında Lütfi Zadənin Azərbaycanda dəfn edilməsi üçün məsuliyyətli şəxs kimi məhz Şahnaz Şahbazovaya vərəsə məktubu təqdim olunub. Məktubda professorun vəfatından sonra onun nəşinin Azərbaycanda dəfn edilməsi vəsiyyət edilir. Məktubu professor Lütfi Zadənin oğlu Norman Zadə imzalayıb. Məktubda, həmçinin professor Lütfi Zadənin bütün mükafatları, ordenləri, medalları və kitabları professor Şahbazovaya vəsiyyət edilməsi qeyd olunub.
Səmranın klipində MASSON izləri – Göz, 13 rəqəmi və üçbucaq – VİDEO
Müğənni Səmra Rəhimli “Tərs gedir” adlı yeni klipini təqdim edib. Yutub video portalında yayımlanan klipin müəllifi Əli Fərhaddır. Bundan öncə çıxardığı “Badminton” adlı klipdə masson işarələrindən istifadə edən Səmra edilən qınaqlara fikir verməyərək bu ekran işində də eyni simvollardan istifadə edib.
.jpg)













