Mədəniyyət

"Qəzənfər müəllimgilin Şuşaya yürüşü" – Əjdər Olun yeni kitabı

30 Avqust 2017 15:04

ATV-nin "Hədəf nəşrləri" ilə yeni təsis etdikləri "Çağdaş nəsrin ustaları" seriyasından ikinci kitab – yazıçı Əjdər Olun "Qəzənfər müəllimgilin Şuşaya yürüşü" adlı hekayələr toplusu işıq üzü görüb. Kitabda müəllifin heç vaxt dərc olunmayan bir neçə hekayəsi də daxil olmaqla bu günə kimi yazdığı bütün hekayələri toplanıb. 368 səhifəlik kitabın redaktoru Səlim Babullaoğlu, naşiri Müşfiq Xandır.

Bu azərbaycanlı məşhurlara "QURBANLIQ GEDƏCƏK" - Nişanlı şou-biznes əhlinin SİYAHISI

30 Avqust 2017 13:24

Şou-biznes əhlinin sevilən nişanlı məşhurları bu il Qurban bayramını xüsusi təmtəraqla qeyd edəcək. 

Nisə Qasımovaya yüksək vəzifə verildi

29 Avqust 2017 14:48

“Mədəniyyət dalğası” İctimai Birliyi 31avqust – 1 sentyabr tarixlərində “İslam mədəniyyəti günləri” adlı ilk tədbirini keçirəcək.

Aytən Məhərrəmova ustadına şeir həsr etdi

29 Avqust 2017 14:02

Tanrım verib sərvətini,  Dahiliyin qüdrətini,  Hər kəs sevir sənətini,  Sənətkar ustadım mənim,  Yaşa,var ol, Mənsum müəllim ! 

“Yuğ” beynəlxalq festivalda mükafata layiq görüldü

29 Avqust 2017 13:26

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı başa çatıb. Qazaxıstanın Xalq Artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edib. “Olaylar” bildirir ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edib.  

“Kontrabas” yenidən beynəlxalq festivalda çıxış edəcək

29 Avqust 2017 07:03

Rusiyanın Nijnevartovsk şəhərində “Şimal görüşləri” V Beynəlxalq Teatr Festivalı keçiriləcək.  “Olaylar” bildirir ki, festivalda ölkəmizi Gənc Tamaşaçılar Teatrı təmsil edəcək. Oktyabrın 25-dən 28-dək davam edəcək festivalda Əməkdar artist Şövqi Hüseynov Patrik Züskindin “Kontrabas” mono-tamaşası ilə səhnəyə çıxacaq. Tamaşa 27 oktyabr tarixində göstəriləcək. "Kontrabas" tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.

“Retro Bakı” – nın konserti “Qarabağ”- a həsr olundu

28 Avqust 2017 15:23

Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə bu həftə sonu keçirilən “Retro Bakı” konsertləri “Qarabağ” futbol klubunun qalibiyyətinə həsr olunub. “Olaylar” bildirir ki, Fəvvarələr Meydanında tanınmış estrada müğənniləri Rahidə Baxışova, Yaşar Yusub, əməkdar artist Ruhəngiz Allahverdiyeva, Abbas Əhməd, Çinarə Bəkirova, Dua Murad, Rauf Əhmədov, Həmidə Hüseyn, Könül Məmmədli, Aksay və Samir, Orxan Babazadə, Elvin Abbasov, Elçin İsmayılzadə, İlqar Sadıqov, Sima Qasımova, Fərhad Xəlif, Nəcəf Nəcəfzadə, Aynur Əliyeva, Səma Heydərova, Nəzrin Məsmalıyeva, Ruslan Zülfüqarov, Ani Musagi, “Səma” rəqs qrupu, “Renessans” və “İnci” qruplarının iştirakı ilə möhtəşəm konsert proqramı təqdim edilib.

“Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı nəşr edildi

28 Avqust 2017 10:29

“Elm və təhsil” nəşriyyatında Azərbaycanda Atatürk Mərkəzinin dəstəyi ilə “Mustafa Kamal Atatürk. Zəfər sirləri” kitabı çapdan çıxıb. “Olaylar” bildirir ki, yeni nəşr Türkiyə Respublikasının qurucusu və 1923-cü ildən 1938-ci ilə qədər ilk prezidenti olmuş Mustafa Kamal Atatürk haqqındadır. Kitabda Mustafa Kamalın inqilabları, yazdığı əsərlər, geyim stili, çıxışları, məşhur sözləri, qatıldığı müharibələr, çıxardığı qəzetlər, dostları, ailəsi və s. haqqında geniş məlumatlar dərc olunub. Əsərdə böyük Atatürkün zəfərə gedən yolda uğur və müvəffəqiyyət sirlərindən bəhs edilir.

"Qırmızı bağ" üç mükafata layiq görüldü

27 Avqust 2017 23:32

Ssenari müəllifi və rejissoru Mirbala Salimli olan  "Qırmızı bağ" bədii filmi Türkiyənin Trabzon Beynəlxalq Film Festivalında üç "Altın kemaça" mükafatına layiq görülüb. "Olaylar" bildirir ki, aktrisa Gülzar Qurbanova "Ən yaxşı qadın rolu", Maqsud Məmmədov "Ən yaxşı kişi rolu", Taleh Bədiyev filmdə aktyor oyununa görə “Münsiflər heyətinin xüsusi mükafatı” ilə təltif edilib.

Emin Ağalarov Mehriban Əliyevanı belə TƏBRİK ETDİ

26 Avqust 2017 18:43

Müğənni-bəstəkar Emin Ağalarov da birinci vitse-prezident Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib. Müğənni sosial media hesabında M.Əliyevanın fotosunu paylaşaraq təbrikini belə ifadə edib: “Dünyanın ən möhtəşəm birinci xanımı, ad gününüz mübarək! “Jara” musiqi festivalının keçirilməsində verdiyiniz böyük dəstəyə görə sonsuz təşəkkür edirəm”.

Plastik əməliyyat onları belə dəyişib - fotolar

25 Avqust 2017 17:59

Hər kəs kimi şou-biznes nümayəndələri də zaman-zaman plastik əməliyyat üçün cərrah masasına yatıblar. Onlar da görünüşlərində bəyənmədikləri nələrisə əməliyyat yolu ilə dəyişdiriblər. Məşhurların ən çox müraciət etdiyi isə burun əməliyyatı olub.