Mədəniyyət

Məşhur türk müğənni Bakıda toyda 

15 Sentyabr 2017 17:47

Məşhur türk müğənni Simge Bakıda toyda iştirak edib.  Müğənni paytaxtın məşhur şadlıq saraylarından birində çıxış edib.  Bəy və gəlini təbrik edən müğənni hit mahnılarından bəzilərini səsləndirib. 

Moldovalı musiqiçilər “Sən gəlməz oldun”, “Sənə də qalmaz” mahnılarını ifa etdilər

15 Sentyabr 2017 17:33

Beynəlxalq Muğam Mərkəzində  “Etnik musiqi inciləri” beynəlxalq layihə çərçivəsində Moldova musiqiləri səsləndi. "Olaylar" bildirir ki, tədbir Moldovanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı və   Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə təşkil edilmişdi və  Azərbaycan və Moldova arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuşdu. Tədbirdə Moldovanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri George Leuka və Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov çıxış ediblər. Konsertin bədii hissəsində Moldovanın Xalq artisti Konstantin Moskoviç (moldovan xalq çalğı aləti olan Nay (Pan Fllute)), Radu Talambuta (violin), Valentina Nejel (vokal), Dumitru Dubajiu (akkordeon), Vladimir Andrian (piano) səhnəyə çıxaraq öz ölkələrinə məxsus xalq mahnıları ilə yanaşı, həm də Azərbaycan musiqilərindən nümunələr səsləndirdilər.

Könülə qızıl hədiyyə etdilər

15 Sentyabr 2017 17:17

Müğənni Könül Kərimovaya həmkarı Nazənin ad günü sürprizi edib.  Sənətçi özəl gününü rəfiqəsinin bağında keçirdiyini söyləyib: "Ayın 14-ü rəfiqəm Nazəninin oğlu Orxanın ad gününü qeyd etdik. Saatlar 00:00 göstərdiyi zaman isə Nazənin mənə sürpriz etdi. Üstündə mənim şəklim olan tort düzəltdirib, məni təbrik etdi. Eyni zamanda mənə ailəsinin adından qızıl qolbağı bağışladı. Bu diqqətə görə ona sonsuz təşəkkür edirəm". K.Kərimova bildirib ki, ola bilsin ki, yeni yaşını təmtəraqlı qeyd etsin:

Ukraynalı sənətçilər Opera və Balet Teatrında

15 Sentyabr 2017 16:56

Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya Adolf Adanın “Jizel” baletinin tamaşası nümayiş olunacaq. "Olaylar" bildirir ki, klassik opera və balet tamaşalarına adlı-sanlı vokal və balet ulduzlarını dəvət etməklə tamaşaçıları sevindirməyə çalışan Teatr bu mövsümdə də öz faydalı ənənəsinə sadiqdir. Bu dəfə Bakı Teatrının qonaqları Ukraynalı sənətçilər - Tatyana Qolyakova və Sergey Dosenkodur. Y.Qolyakova tamaşada Jizel partiyasını ifa edəcəkdir. Tatyana Ukrayna Milli Operasının prima-balerinası, Ukraynanın Xalq artistidir, bir sıra beynəlxalq balet müsabiqələrinin laureatıdır.

Daşkənddə keçirilən seminarda Azərbaycan da iştirak edib

15 Sentyabr 2017 16:45

Özbəkistandakı “Özbəkistan-Azərbaycan” və Özbəkistan-Gürcüstan” Dostluq Cəmiyyətlərinin təşəbbüsü ilə Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universitetində “Millətlərarası həmrəylik və tolerantlıq sabitliyin açarıdır” adlı seminar keçirilib. Tədbirdə bu cəmiyyətlərin rəhbərləri, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərləri və əməkdaşları, universitetin professor-müəllim heyəti, tələbələr iştirak edib. Seminarda “Müasir dünyada mədəniyyətlərarası dialoq”,”Özbəkistan multikultural cəmiyyətin bir üzvü kimi”,”Tolerantlıq və həmrəylik sabitliyin qarantı kimi” və digər mövzularda məruzələr dinlənilib.

Azərbaycan BMÜTT-nin İcraiyyə Şurasının 2017-2021-ci illər üçün yenidən üzvü seçilib

15 Sentyabr 2017 16:25

BMÜTT-nin 22-ci Baş Assambleyası çərçivəsində keçirilmiş Avropa Komissiyasının iclasında seçkilər baş tutub. “OLAYLAR”-ın xəbərinə görə, BMÜTT-nin İcraiyyə Şurasına Avropa regionundan 5 ölkə - Azərbaycan, Rumıniya, Rusiya Federasiyası, Yunanıstan və Litva üzv seçildi və Baş Assambleyanın qərarı ilə üzvlük təsdiqlənib. Qeyd etmək istərdik ki, ölkəmiz 2013-2017-ci illərdə Şuranın üzvü olmuşdur, 2017-ci ildə isə Şuraya sədrlik edir. Ölkəmizin son illərdə turizm sahəsində uğurları və Şurada səmərəli fəaliyyəti nəticəsində ölkəmizin növbəti dövr üçün namizədliyi səsvermə zamanı dəstəklənmişdir. Bu mühüm uğur ölkə başçısı, cənab Prezident İlham Əliyevin turizm sahəsinə və beynəlxalq əməkdaşlığa göstərdiyi daimi diqqətin nəticəsində dövlətimizin əldə etdiyi beynəlxalq ictimaiyyətin etimadının göstəricisidir.

Milliliyimizi qoruyaq

15 Sentyabr 2017 15:39

Sentyabrın 21 – də Yeni  Azərbaycan  Partiyasının Yasamal Rayon təşkilatı, T.C. Bakü  Büyükelçiliği Kültür ve Tanıtma Müşavirliği,  Mədəniyyət və Turizm Baş İdarəsi, Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə İslam Həmrəyliyi ilində Beynəlxalq  Sülh Gününə həsr olunmuş  “Milliliyimizi qoruyaq” adlı sərgi təşkil olunacaq. “Olaylar” bildirir ki, tədbirə  təsviri və tədbiqi sənətin bütün nominasiyaları üzrə 350-dən çox rəssamın 200-ə qədər rəsm əsəri qatılıb. Tədbirdə müxtəlif yaş qruplarında  rəssamlar və  dekorativ sənət ustaları iştirak edir. İştirakçılar  sertifikat  və diplomla təltif olunacaqlar.

"Ulduzlarla çimərlik voleybolu" keçiriləcək

15 Sentyabr 2017 15:28

Azərbaycan Voleybol Federasiyası, Su İdmanı Sarayı və Mədəniyyət kanalının birgə layihəsi olan "Ulduzlarla çimərlik voleybolu" 19 sentyabr saat 19:00- da Su İdmanı Sarayında keçiriləcək. Layihəyə Xəyyam Mustafazadə, Zamiq Hüseynov, Fuad Musayev, Azad Şabanov, Sərxan Bünyadzadə, Mirələm Mirələmov ulduz oyunçu kimi qatılacaqlar. Azərbaycan estradasının tanınmış müğənniləri Manana Caparidze, Samira Allahverdi, Sevda Yəhyayeva və digərləri tədbirdə konsert proqramı ilə iştirak edəcək. Bu il 2 yaşını qeyd edən Su İdmanı Sarayı ən müasir texnologiya və standartlara uyğun olaraq inşa edilmiş, qısa müddət ərzində respublikada idmanın inkişafına böyük təkan vermişdir. 2500 m2 ümumi əraziyə malik kompleksdə müxtəlif idman növləri ilə məşğul olmaq imkanı yaradılmışdır. Bu imkandan həm peşəkar idmançılar, həm həvəskarlar, həm də uşaqlar yararlana bilər.

Azərbaycanda teatr direktorunun arvadı teatrda dava saldı — MARAQLI SƏBƏBLƏR

15 Sentyabr 2017 14:49

İrəvan Dövlət Azərbaycan Dram Teatrında bəzi aktyorları ilə direktor İftixar Piriyev arasında baş verən narazılıqlar və narazılıqların səbəbləri barədə ikinci yazını təqdim edirik. Teatrda quruluş verilən bəzi tamaşalar üçün geyimlər tikilmir. Bəzən isə aktyorlar məcbur olub öz geyimlərindən istifadə edirlər: ""Molla Nəsrəddin" tamaşası quruldu, tamaşa birbaşa oynanıldı. Amma tamaşa üçün bir dənə də olsun paltar tikilmədi. Söhbət iki il əvvəldən gedir. Direktor deyir ki, teatrda pul yoxdur. Amma teatra girişdə böyük bir zal var. Oranı idman zalı kimi icarəyə verib. Eşitdiyimizə görə 1200-dən çox icarə haqqı alır. "Prado"da gəzə bilir, tamaşaya paltar tikdirə bilmir?" Aktyorlar bildirirlər ki, teatrda onların qrim otağı belə yoxdur: "Aktyorların oturmağa otağı yoxdur. Amma bunun bir otağı var ki gəl görəsən. A

Övladlarını məktəbə yola salan məşhurlar – FOTOLAR

15 Sentyabr 2017 14:46

Xəbər verdiyimiz kimi, bu gün yeni tədris ilinin ilk günüdür. Bu gün yerli məşhurlar da tədris müəssisələrində təşkil olunan tədbirlərə övladları ilə birgə qatılıb. Onlardan bəzilərinin övladı birinci sinfə qədəm qoyur. Həyəcanlarını və seviclərini sosial şəbəkədə paylaşan məşhurların uşaqlarının fotolarını təqdim edirik: 1.Rəqqasə Fatimə Fətəliyevanın oğlu

51 yaşlı müğənni YENİDƏN “SEVƏCƏYƏM” DEDİ

15 Sentyabr 2017 14:29

Bu gün Xalq artisti Brilliant Dadşaovanın doğum günüdür. Doğum gününü özünəməxsus şəkildə qeyd edən sənətçi ərməğan almaq əvəzinə, sevənlərinə özü hədiyyə verib. Belə ki, o, 90-cı illərin hit mahnısı olan “Sevəcəyim”in remeyk versiyasını yutub video portalında təqdim edib. Yeni aranjimanda olan mahnının sözləri Əli Hacızadəyə, musiqisi isə Cavanşir Quliyevə aiddir.

Park Cinemadan tələbələrə xüsusi təklif

15 Sentyabr 2017 13:52

Park Cinema Kinoteatrlar şəbəkəsi yeni dərs ilinin başlanması münasibəti ilə tələbələrə xoş surpriz edib. Kinoteatrın Marketinq departamentinin direktoru Musa Axundov “Olaylar” – a bildirib ki, tələbələr üçün kino biletinə və menuya xüsusi endirimlər tətbiq qüvvəyə minir. Park Bulvar, Metropark, Alov qüllələri, Zagulba və Masallıda yerləşən kinoteatrlarda tələbə biletinin göstərən gənclər bu təklifdən faydalana biləcəklər. “Sentyabrın axırına qədər keçirilən aksiyada tələbələr kino biletinə, içki və popkorna xüsusi endirim əldə edəcəklər. Bundan əlavə, onlar GəncOl və Ulduzum kodları ilə hər ikinci bileti pulsuz əldə edəcəklər. Park Cinema kinoteatrlar şəbəkəsi daim gənclərin yanında olmağa çalışır və onlara ən uyğun və sərfəli bilet qiymətləri təklif edir.

138 – ci mövsümü “Kralın yeni libası” açacaq

15 Sentyabr 2017 13:11

Sentyabrın 20 – də Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında  138-ci mövsümün açılışı olacaq. Açılış Hans Xristian Andersenin “Kralın yeni libası” nağılı əsasında hazırlanmış nağıl-tamaşanın premyerası  ilə baş tutacaq. "Olaylar" bildirir ki, tamaşanın bədii rəhbəri Mirbala Səlimli, quruluşçu rejissoru Arzu Əhmədova, quruluşçu rəssam Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Əsas rolları əməkdar artist İqrar Salamov, aktyorlardan Orxan Həmidli, Fidan Lətifova, Rəşid Mirizadə, Günay Novruzəliyeva, İlyas Əsədov, Qurban Rəsulov və başqaları canlandıracaq.

“Toylarımızda vəziyyət bərbaddı”

15 Sentyabr 2017 13:09

Təbii ki, hər bir uşağın müəyyən sənətə yiyələnməsində valideynlərinin rolu olur. Və bir də Allahın qisməti deyilən bir şey var. Quranda da buyurulur ki, sənətlərinizin müxtəlifliyi, rənglərinizin, irqlərinizin müxtəlifliyi onun qüdrət əlamətlərindəndi. Yəni, hər bir insan müxtəlif peşə, sənətlə məşğul olur ki, bu da həyatın qanunauyğunluğudu. Mənim bu sənəti seçməyimdə valideynlərimin, düşdüyüm mühitin və tanrının qismətinin rolu danılmazdı.

Aşıq Ədalət sabah Bakıda dəfn olunacaq

14 Sentyabr 2017 19:10

Aşıq Ədalət Nəsibov sabah Bakıda dəfn olunacaq. Bu barədə aşıq Ədalətin oğlu Hekayət Nəsibov məlumat verib. Onun sözlərinə görə, ustad aşığın dəfn olunacağı qəbiristanlıq hələlik dəqiqləşməyib: “Hələlik qəti qərara gələ bilməmişik. Bakıdakı qəbiristanlıqların birində dəfn olunacaq. Sabah saat 12-də öz evimizdə - Mirqasımov küçəsi, 4 ünvanında vida mərasimi təşkil olunacaq”.