Mədəniyyət

Azərbaycan filmləri Kazanda 

10 Sentyabr 2017 09:16

Kazanda XIII Beynəlxalq Müsəlman Kino Festivalı davam edir. Müsabiqə proqramında Azərbaycan - Teymur Daiminin “Bu sevgidir” filmi “qısametrajlı sənədli film”, Dariuş Nəcəfin “Səs” filmi “qısametrajlı oyun filmi” nominasiyasında təqdim edilib. Natiq Axundovun “Ramazan payı” filmi müsabiqədənkənar təqdim olunub. Bu il seçim komissiyasına 61 ölkədən 782 müraciət daxil olub. Müsabiqə proqramına 27 ölkədən 60 film seçilib. Bu, Azərbaycan, Albaniya, Əfqanıstan, Banqladeş, Belçika, Macarıstan, Danimarka, Misir, Hindistan, İran, İtaliya, Qazaxıstan, Kanada, Qətər, Qırğızıstan, Malta, Mərakeş, Nepal, Niger, Rusiya, ABŞ, Tacikistan, Türkiyə, Özbəkistan, Fransa, İsveç və Estoniyadır.

Bakıda İndoneziya festivalı keçirilir

9 Sentyabr 2017 18:25

Bakıda ikinci İndoneziya mədəniyyət festivalı keçirilir.  Festival çərçivəsində ilk olaraq Heydər Əliyev sarayının foyesində sərgi təşkil olunub. Sərgidə İndoneziya mədəniyyət nümunələri nümayiş olunub. Daha sonra sərginin açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən İndoneziyanın Azərbaycandakı səfiri Husnan bəy Fənani bildirib ki, bu ili iki ölkə arasında münasibətlərin 25 illiyi qeyd olunur. O iki ildir Azərbaycanda belə bir festival təşkil etməkdən məmnun olduğunu bildirib: "İndoneziya və Azərbaycan bir sıra beynəlxalq forumlarda müttəfiqdirlər. Bu festival Azərbaycan xalqına, xüsusi ilə Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkən məcburi köçkünlərə həmrəylik əlaməti olaraq keçirilir".

“Qoca və Mələk” mövsümü açıq elan edəcək

8 Sentyabr 2017 19:13

Azərbaycan Dövlət Pantomima Teatrı yeni mövsümü sentyabrın 23-də “Qoca və Mələk” tamaşası ilə açıq elan edəcək. Rejissor Elnur Rzayevin quruluşunda təqdim ediləcək tamaşanın plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadədi. Səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.

Teatr 108-ci mövsümü “Ər və arvad” tamaşası ilə açılacaq

8 Sentyabr 2017 16:18

Musiqili Teatrı yeni 108-ci teatr mövsümünə dahi Üzeyir Hacıbəylinin “Ər və arvad” tamaşası ilə start verəcək. Dövlət Musiqili Teatrının Mətbuat katibi Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, mövsümün açılışı 16 sentyabr tarixində saat 19.00-da baş tutacaq. “Öncə yeni teatr mövsümünün başlanması münasibəti ilə ölkənin teatr ictimaiyyətini və bütün tamaşaçıları təbrik etmək istəyirəm. Qeyd edim ki, teatrımızda hər yeni mövsümün böyük Üzeyir Hacıbəylinin “Ər və arvad” iki hissəli komediyası ilə açılması artıq ənənə halını alıb. Bunun da xüsusi səbəbləri var. Bildiyiniz kimi Musiqili Teatrın əsası 1910-cu ildə məhz bu ölməz səhnə əsəri ilə - “Ər və arvad” tamaşası ilə qoyulub ”, - deyə teatrının direktoru, Əməkdar incəsənət xadimi,  dosent Əliqismət Lalayev bildirib.

“Uzbegim” ənənəvi mədəniyyət festivalında Azərbaycan nümayəndələri də iştirak edir

8 Sentyabr 2017 13:08

Sentyabrın 8-də Daşkənddə “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçirilir. Tədbirdə bir sıra ölkələrin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Festivalda ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Mirzə Fətəli Axundzadə adına Milli Kitabxananın direktoru Kərim Tahirov təmsil edir.

Azəriqızı Günel TANINMAZ HALDA

8 Sentyabr 2017 11:44

Türkiyədə yaşayan müğənni Günel Zeynalova dodaqlarını yenidən böyüdüb. 13 yaşında İbrahim Tatlısəs tərəfindən kəşf edilən və Türkiyədə müğənnilik karyerasına başlayan Günel Zeynalova yeni albomu üçün imicni dəyişdirib. Yeni albomu üçün imic dəyişdirən azəriqızı Günel məşhur aktrisa Birce Akalaya bənzərliyi ilə diqqət çəkib.

Maskalı şəxslər Roza Zərgərlinin evində

8 Sentyabr 2017 10:25

ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonaqlarından biri müğənni Roza Zərgərli olub. Müğənni evinə oğruların girməsi haqqında ilk dəfə olaraq “Səhər-Səhər” verilişində danışıb: “Burada bir sirr açacam. 2 il bundan əvvəl mənim evimə oğrular girdilər. 5 maskalı kişi xeylağı. Xaçmazdan evə gəlirdim. Evdə yalnız Lara (iti) məni gözləyirdi. Qapını bağladım, yeməyimi yedim, Laranı yedizdirdim. Dedim gəl ana-bala gedək yatmağa. Bunun yatağını ayaq altıma qoydum. Kinoya baxırdım. Lara durub küçə qapısının yanına getdi. Orada hürməyə başladı. Gecə saat 3 idi.

ƏSA Teatrının aktyoru İspaniyanın məşhur jurnalında

8 Sentyabr 2017 10:09

Öz dəsti-xətti ilə tanınan fotoqraf Eltac Zeynalovun “ƏSA” Teatrında həyata keçirdiyi foto-layihə, beynəlxalq arenada kifayət qədər məşhur olan, İspaniyanın “Dodho” fotoqrafiya jurnalında dərc olunub. “Olaylar” bildirir ki,  əlilliyi olan insanların problemlərini qabartmaq, onların yaşam mübarizəsini işıqlandırmaq məqsədi daşıyan foto-layihənin ilk qəhrəmanı “ƏSA” Teatrının aktyoru Elvin Mirzəyev olub. “Dodho” jurnalında “Kristal adam” kimi təqdim edilən Elvin Mirzəyev “natamam osteogenez” xəstəliyindən əziyyət çəkir. Uşaqlıq dövründən bu yana müxtəlif çətinliklərlə qarşılaşmasına baxmayaraq, öz məqsədləri uğrunda mübarizə aparıb, stereotipləri pozmağa çalışıb. Onun aktyorluq sevgisi fiziki məhdudiyyətinə qalib gəlib. Hazırda Elvin, ƏSA Teatrında baş tutan tamaşalarda uğurlu çıxış edir və özünü aktyor kimi daima inkişaf etdirməyə çalışır.

YUĞ Teatrı yeni mövsümün açılışına hazırlaşır

8 Sentyabr 2017 10:04

Azərbaycan Dövlət YUĞ Teatrı 29-cu mövsümün açılışına hazırlaşır. “Olaylar” bildirir ki, kollektiv sentyabr ayının 20-də K.Abdullanın “Bir, iki, bizimki” pyesi əsasında hazırlanmış “Səsimi unutma” tamaşası mövsümü açıq elan edəcək. Tamaşanın quruluşçu rejissoru teatrın baş rejissor Gümrah Ömər, quruluşçu rəssamı teatrın baş rəssamı, əməkdar rəssam Rəşid Şerif, musiqi tərtibaşçısı isə Amid Qasımovdur. Tamaşada əməkdar artistlər Məmməd Səfa və Gülzar Qurbanova, aktyorlar Amid Qasımov və Ləman Novruzova çıxış edir. Tamaşa saat 19.00-da başlayacaq.

Azərbaycan  inciləri Vaşinqtonda

8 Sentyabr 2017 09:41

ABŞ-ın paytaxtında “Azərbaycan Xalçaları İncəsənəti” mövzusunda sərgi və ziyafət təşkil olunub. Azərbaycanın ABŞ-dakı Səfirliyindən “Olaylar” -  abildirilib ki, səfirliyin və “Azərxalça” ASC birgə təşkilatçılığı ilə tədbir Orta Şərq İnstitutunun yerləşdiyi binada təşkil edilib. Vaşinqton şəhərinin mədəni həyatının əlamətdar hadisəsi olan bu tədbirdə səfirlər və diplomatik korpus nümayəndələri, dövlət qurumları, düşüncə mərkəzləri və QHT təmsilçiləri, habelə Vaşinqton ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Gənc Tamaşaçılar Teatrının sentyabr ayı üçün  repertuarı

7 Sentyabr 2017 19:23

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr ayında nümayiş ediləcək tamaşaların siyahısını açıqlayıb. Özünün 90-cı yubiley mövsümünə start verən teatr 23 sentyabrda 90-cı mövsümə gündüz saat 12-də C.Rodarinin “Çippolino”, axşam 1900-da isə M.F. Axundzadənin “Hekayəti-xırs quldurbasan” tamaşaları ilə start verəcəkdir

Avropa Tolerantlıq Festivalı keçiriləcək

7 Sentyabr 2017 16:12

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi, DokuBaku, Park Cinema, Landmark Hotel, “United Cultures”, Bakı Media Mərkəzi, YARAT və Turkish Airlines-ın birgə əməkdaşlığı nəticəsində Bakıda IMAGINE Avropa Tolerantlıq Festivalı keçiriləcək. Bu barədə məlimatı “Olaylar” – a  Park Cinema və Avropa Birliyi nümayəndələri bildirib. IMAGINE Avropa Tolerantlıq Festivalının və DokuBakunun əsas məqsədi mədəniyyətlərarası dialoq və tolerantlıq kimi dəyərləri müxtəlif incəsənət nümunələrində əks etdirməkdir.

Məşhur rejissor Könül Nağıyeva ilə görüşdü

7 Sentyabr 2017 15:57

Məşhur rejissor Peter Vebber İstanbulda olduğu zaman azərbaycanlı aktrisa  Könül Nagıyeva və Kaan Urgancıoğlu ilə görüşüb.  “Olaylar” bildirir ki, restoranların birində aktyorlarla görüşən rejissor onlarla birgə çəkdirdiyi fotoları instaqram hesabından paylaşıb.