Mədəniyyət
Muzey “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb
Azərbaycan Xalça Muzeyi dünyanın ən məşhur turizm saytı olan “TripAdvisor”un “Mükəmməllik Sertifikatı 2017” mükafatına layiq görülüb. "Olaylar" bildirir ki, 2010-cu ildə yaradılmış “Mükəmməllik Sertifikatı 2017” mükafatı müəssisələrin göstərdiyi xidmətlərə “TripAdvisor” istifadəçisinin illər ərzində bildirdiyi rəy və münasibətləri əsasında təqdim olunur. Milyonlarla insanın dünyanın müxtəlif şəhərləri, gəzməli yerlər, tarixi məkanlar, keyfiyyət, xidmət və digər sahələrdəki məmnuniyyəti əsasında “TripAdvisor” ildə bir dəfə “yaxşıların yaxşısını” seçir və dünyaya təqdim edir.
Musiqili Teatr Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında
Sentyabrın 18 – 26 – sı tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq beynəlxalq mədəni arenada da kifayət qədər böyük nüfuza malik olan bu mötəbər tədbir zəngin və rəngarəng reqlamentə malikdir. Azərbaycan Dövlət Musiqili Teatrı da həmişəki kimi bu ildə Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək. “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir.
“Future Shorts” qısametrajlı film festivalı başlayır
Sentyabrın 20-dən Yay qalereyasında açıq səma altında “Future Shorts” qısametrajlı film festivalı başlanır. “Olaylar” bildirir ki, iki gün davam edəcək festivalda 8 filmin nümayişi nəzərdə tutulur. Filmlər rus dilində subtitrlər vasitəsilə təqdim olunacaq. “Future Shorts” festivalı 40 ölkə, 100 şəhər, 6 qitəni əhatə edərək bir il ərzində bütün dünya üzrə 1400 baxış təklif edir. On iki ildir keçirilən festival Yaponiyadan tutmuş Braziliyaya qədər böyük ərazidə kino pərəstişkarlarının rəğbətini qazanıb. Festival peşəkarlara və debütantlara beynəlxalq kinematoqrafiya birliyinin bir hissəsinə çevrilməyə şərait yaradır. Qeyd edək ki, giriş dəvətnamə ilədir.
“Səs” - “Ən yaxşı film”
İran və Azərbaycanın müştərək istehsalı olan “Səs” qısametrajlı bədii filmi Kazan şəhərində keçirilən Beynəlxalq Kino Festivalında əsas mükafata layiq görülüb Filmin rejissoru Dariuş Nəcəfi Göl (Ərturan Nəcəfi), Azərbaycan tərəfdən prodüseri Fariz Əhmədovdur. Fariz Əhmədovun sözlərinə görə, film festivalın qısametrajlı bədii filmlər bölməsində yarışıb. Festival “mədəniyyətlərin dialoqundan dialoq mədəniyyətinə” devizi altında keçirilib. Bu ilki festivala 61 ölkədən 782 film göndərilib. Bu filmlər içərisindən seçilən “Səs” filmi “ən yaxşı qısametrajlı bədii film” mükafatına layiq görülüb. Qeyd edək ki, film İranın Gənc Kinematoqrafçılar Birliyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tərəfindən istehsal olunub. Filmin çəkilişləri İranda aparılıb. Azərbaycan dilində çəkilən filmdə əsas rollarda Turan Malekara və Tağı Türkməni iştirak edirlər. Filmin rejissoru Ərturan Nəcəfi ADMİU-nun məzunudur. O, kinorejissor Oqtay Mirqasımovun kursunda təhsil alıb.
“jAzzeri Muğam Bands” - Yerli caz ifaçılarının konserti
Oktyabrın 26-da Heydər Əliyev Sarayında tanınmış yerli caz ifaçılarının konsert proqramı keçiriləcək. Saraydan “Olaylar” – a bildirilib ki, “jAzzeri Muğam Bands” caz musiqisi axşamında Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov və “Savab” caz qrupu, Əməkdar artist Mircavad Cəfərov və “Cəngi” estrada folklor qrupu, Əməkdar artist Rəşad Haşımov və “Rast” qrupu, çoxsaylı müsabiqələrin laureatları, ifaçılar Arslan Növrəsli (tar), Şəhriyar İmanov (tar), Elvin Bəşirov quartet, Nicat Aslanov quartet və Afşin Əlizadə quartet iştirak edəcəklər.
“Peyğəmbər” və “Şeyx Sənan” əsərləri fars dilində
Cənubi Azərbaycanlı tədqiqatçı, şair Əkbər Həmidi Əlyar, şair Nadir Fazil vəNəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu AMEA Hüseyn Cavidin Ev Muzeyinin qonağı olublar. AMEA - dan "Olaylar" - a bildirilib ki, qonaqlarla görüşdə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin zəngin yaradıcılığı haqqında geniş fikir mübadiləsi aparılıb, ədibin “Şeyx Sənan”, “İblis”, “Peyğəmbər” əsərlərindəki ümumbəşəri ideyalardan danışılıb.
"Qapı" oxucularına təqdim olunacaq
Oktyabrın 1- də, saat saat 15-00- dan 17-00- dək BookZone Kitab Evində yazar Hədiyyə Şəfaqətin bir müddət əvvəl çap edilmiş “Qapı” adlı şeirlər kitabının təqdimat mərasimi keçiriləcək. "Olaylar" bildirir ki, "Vektor" nəşriyyatında çap olunan kitaba müxtəlif mövzularda 94 şeir daxil edilib. "Qapı" illərdən bəri ədəbi mühitdə tanınan şairin ilk kitabıdır. Müəllifin özünün də iştirak edəcəyi təqdimatda oxucular həm də əldə etdikləri kitabları imzalatdıra biləcəklər. Bütün kitabsevərlər təqdimata dəvətlidir.
Əməkdar artist 4 dəfə əməliyyat olundu: "Damarlarım çürüyürdü"
Əməkdar artist Natiq Şirinovun səhhətində problem yaranıb. Nağara ifaçısı və "Natiq" ritm qrupunun rəhbəri bu haqda "ATV maqazin onlarla" verilişində deyib. O bildirib ki, dörd dəfə əməliyyat olunub: "Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum.
Tarix Muzeyində arxeoloji xəzinə
AMEA Milli Azərbaycan Tarixi Muzeyi arxeoloji xəzinə əldə edib. “Olaylar” bildirir ki, dəfinəyə daxil olan numizmatik sikkələr bu qurumun Numizmatika və epiqrafika elmi fond şöbəsinə təhvil verilib. Sikkələr tanınmış numizmat alim, muzeyin Numizmatika və epiqrafika elmi fond şöbəsinin müdiri, t.ü.e.d. Əli Rəcəbli tərəfindən tədqiq olunub. Alim daxil olan gümüş və mis sikkələrin XVII-XIX əsrləri əhatə etdiyini bildirib. Onun sözlərinə görə, dəfinə Şamaxıdan təsadüfi tapıntı nəticəsində əldə olunub. Xəzinənin əsas hissəsini təşkil edən gümüş sikkələri - Abbasilər, Səfəvilər və xanlıqlar dövründə zərb olunub.
İndoneziyada Azərbaycan mədəniyyət günləri keçiriləcək
İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani respublikamızda keçirilən İkinci İndoneziya Mədəniyyəti festivalı çərçivəsində Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşüb. “OLAYLAR”-ın nazirliyə istinadən verdiyi xəbərə görə, səfir bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanda İndoneziya Mədəniyyəti Günləri keçirilməsini həmişə dəstəkləyir.
Aytən Məhərrəmova və Təyyar Bayramov eyni səhnədə
Sentyabrın 22 – də Beynəlxalq Muğam Mərkəzində əməkdar artisti Təyyar Bayramovun və Aytən Məhərrəmovanın konserti keçiriləcək. “Olaylar” bildirir ki, konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Muğam Mərkəzi və Azərbaycan Rasiosu və Mədəniyət kanalının birgə layihəsidi. Konsertdə muğam kompozisiyası, Mahur təsnifləri, Şur təsnifləri, Segah təsnifləri, Bayatı Şiraz təsnifləri səslənəcək. Biletləri şəhərin kassalarında və iticket.az saytından əldə etmək mümkündür.
108 – ci mövsümdə bir neçə premyera gözlənilir
Musiqili Teatrı 108-ci mövsümün ilk dörd ayı üçün repertuar planını açıqlayıb. Qurumun Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu “Olaylar” – a bildirib ki, Bədii Şuranın iclasında 2017-cı ilin sonuna qədər olan müddət - sentyabr, oktyabr, noyabr və dekabr ayları üçün repertuar və iş planı müzakirə edilərək təsdiq olunub. Nəzərdə tutulan müddət ərzində teatrın repertuarında olan 30-a yaxın tamaşa təqribən 70 dəfə nümayiş etdiriləcək.
Aygün Kazımova elə bir ŞEYDƏN HƏZZ ALIR Kİ... “İllərdir...”
Azərbaycanın ən böyük konsert kompleksi olan “Crystal Hall”da səhnə fəaliyyətinin 30 illik hesabat konsertinə hazırlaşan Xalq artisti Aygün Kazımova bütün zamanını məşqlərdə keçirir.
“İkinci Pərdə” filminin ilk tizeri böyük marağa səbəb oldu
Rejissor Emil Quliyevin çəkdiyi “İkinci Pərdə” filminin ilk tizeri ağır sujet xətti ilə tamaşaçıların marağına səbəb olub. “Olaylar” bildirir ki, 16 noyabr tarixindən böyük ekranda yayımlanması gözlənilən filmin Baş Prodüseri isə Orxan Mərdandır. Filmdə baş rollarda Hikmət Rəhimov, Günay Əhməd, Qorqud Cəfər, Elşən Əsgərov və başqaları çəkilib. Ziya Ağa, Rövşən Ağayev, Elşən Hacıbabayev, Gülnarə Abdullayeva, Səbinə Məmmədova, Cəmilə Tağızadə, Zəhra Rüstəmova, Zaur Şəfiyev, Azər Aydəmir, Tural Əhməd də filmin aktyor heyətinə daxildir. Ssenari müəllifləri Pərviz Həsənov, Emil Quliyev, Orxan Mərdandır.
"Yeddi gözəl” IX Beynəlxalq musiqi festivalında nümayiş olunacaq
Sentyabrın 24 – də Üz.Hacıbəyli IX Beynəlxalq musiqi festivalı çərçivəsində baş tutacaq digər tamaşa Q.Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunacaq. “Olaylar” bildirir ki, balet tamaşasında solistlər Anar Mikayılov (Bəhram şah), Əməkdar artist Nigar İbrahimova (Gözəllər gözəli), Samirə Məmmədova (Çin gözəli), Failə Bolqarova (Xarəzm gözəli), Leyla Narimanidze (Çin gözəli), Ayan Eyvazova (Məğrib gözəli), Cəmilə Kərimova (Bizans gözəli), Elmirta Süleymanova (Slavyan gözəli), Əməkdar artist Samir Səmədov (Səməndər) və b. çıxış edəcəklər. Dirijor - Xalq artisti, professor Cavanşir Cəfərovdur.

.jpg)












