Mədəniyyət
Faiq Ağayevdən Zaura sərt sözlər: "Sözünün üstündə duran kişi deyilsən"
Elşad Xose saxlanıldı - Oksananı döyüb
Bu gün reper Elşad Xose Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb Xosenin keçmiş həyat yoldaşı, rəqqasə Oksana Rəsulovanın ondan polisə şikayət etməsi olub. Belə ki, rəqqasə polisə müraciət edərək Xose tərəfindən döyüldüyünü bildirib.
Amerikalı kamança ifaçısı Cefri Verbok ADMİU-da
Mədəniyyət və İncəsənət Universitetinin növbəti qonağı Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı, kamança ifaçısı Cefri Verbok olub. Universitetin “Vernisaj” salonunda musiqiçi ilə təşkil olunan görüşdə Musiqi sənəti fakültəsinin professor-müəllim və tələbə heyəti iştirak edib. Cefri Verboku Azərbaycanın dostu, Azərbaycan musiqisinin dünyada böyük təəssübkeşi adlandıran Musiqi sənəti fakültəsinin dekanı professor Ceyran Mahmudova qonağı salamlayıb. Tələbələrin ifasından ibarət konsert şəklində keçən görüşdə konsertmeyster Gülnar Axundovanın müşayiəti ilə II kurs tələbələri Şərif Şərifov (tar), Səbinə Məmmədli (qanun) H.Rzayevin “Çahargah rapsodiyası”, konsertmeyster Rəbiyə İmamquliyevanın müşayiəti ilə III kurs tələbəsi Afaq İsmiyeva P.Axundovanın “Qəlbimin səsi”, konsertmeyster Şəlalə Kərimovanın müşayiəti ilə Xalq çalğı alətləri ifaçılığı kafedrasının müəllimi Pərviz Quliyev F.Bədəlbəylinin “Pərvərdigara” əsərlərini ifa ediblər. I kurs magistr tələbəsi Səxavət Məmmədov Zabul-segah muğamını, III kurs tələbəsi Rafael İslamov “Gül dəstəsi” xalq rəqsini, I kurs magistr tələbələri Məmməd Nəcəfov (xanəndə), Mirhüseyn Əsədullayev (tar), II kurs tələbəsi Fərrux Haşımlı (kamança) “Dəli ceyran” xalq mahnısını və tələbələrdən ibarət qanun ansamblı F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”ni səsləndirilib.
Noyabr ayında Yuğ Dövlət Teatrında
Yuğ Dövlət Teatrı 2017 – ci il noyabr ayı üçün repertuarını açıqlayıb. Olaylar teatrın noyabr repertuarını təqdim edir. 1 noyabr, çərşənbə V.Klim “Medeya Sekvensiya - 01” 19:00 2 noyabr, cümə axşamı Mərcan Dədənin “Sufinin arzuları” musiqili kompozisiyası əsasında “Rindü Şeyda” 19:00
Həftəsonu premyera - Gənc Tamaşaçılar Teatrında
Oktyabrın 28-də saat 10:00, 12:00, 14:00-da Gənc Tamaşaçılar Teatrında R.Hovardın “Qrinç” (Yaşıl adam) tamaşasının premyerası keçirəcək.
Nizami Gəncəvinin aforizmləri portuqal dilində
Azərbaycan, Türkiyə və Qazaxıstanın Braziliyadakı Səfirliklərinin birgə təşkil etdikləri ortaq Türk mədəniyyətinin təbliğinə dair silsilə tədbirlər çərçivəsində, Braziliya Federativ Respublikasının Milli Konqresində, Braziliya senatında Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun sədri Kristovam Buarke, Nizami Gəncəvinin aforizmləri adlı kitabın portuqal dilinə tərcümə edilmiş nəşrinin təqdimetmə mərasimi keçirilib. Azərbaycanın Braziliyadakı səfirliyindən Olaylar - a verilən məlumata əsasən, “Zaman üzərindən bir körpü” (Uma ponte sobre o tempo) adlı nəşrdə, görkəmli Azərbaycanlı mütəfəkkirin əsərlərindən seçilmiş aforizmlər yerli ictimaiyyət arasında Azərbaycan ədəbiyyatına maraq oyadıb.
Alim Qasımov və qızı Türkiyəyə yola düşür
Rəqsanə İLK DƏFƏ ƏRİNİN fotosunu PAYLAŞDI
Müğənni Rəqsanə İsmayılova uzun müddətdir mediadan gizlətdiyi ərini üzə çıxarıb. O, həyat yoldaşının fotolarını rəsmi instaqram hesabından yayımlayıb.
“Qulliver Cırtdanlar ölkəsində” təqdim edildi
Oktyabrın 27-də Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın premyerası keçirilib. Olaylar bildirir ki, teatr Azərbaycan teatr tarixində ilk dəfə satirik, publisist, filosof və ictimai xadim Conatan Sviftin məşhur “Qulliver Cırtdanlar ölkəsində” əsərinə müraciət edərək tamaşanı fərqli yozumda təqdim edib. Səhnə əsərində kukla elementlərindən məharətlə istifadə olunaraq müəllifin başlıca silahı olan satira və gülüş məqamları yaradıcı heyət tərəfindən ustalıqla həll olunaraq balaca tamaşaçılara təqdim edilib.
Gənc Tamaşaçılar Teatrı noyabr ayı üçün olan repertuarını təqdim edir
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı noyabrda maraqlı tamaşalarla çıxış edəcək. Olaylar teatrın noyabr repertuarını təqdim edir: 4 noyabr - Azərbaycan xalq nağılı “Göyçək Fatma”, Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” 5 noyabr - S.S.Axundov, A.Şaiq “Qaraca qız”, Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” 10 noyabr - V.Siqarev “Ağ ölüm”
Noyabr ayında Milli Dram Teatrında
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının noyabr repertuarı açıqlanıb. Teatrın mətbuat xidmətindən Olaylar - a bildirilib ki, növbəti ay üçün nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan maraqlı tamaşalar yer alıb.
Doktorant və gənc tədqiqatçıların XXI Respublika elmi konfransı
Təhsil Nazirliyinin təşkilatçılığı ilə Bakı Dövlət Universitetində keçirilən XXI Respublika Elmi konfransda Mədəniyyət və İncəsənət Universitetinin doktorant və gənc tədqiqatçıları da iştirak edib. Təhsil naziri Mikayıl Cabbarov, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva və digər ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalıların iştirak etdiyi konfransı giriş sözü ilə açan Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov tələbələrə uğurlar arzulayıb.
Görkəmli pianoçu Bakıda ustad dərsləri verəcək
Azərbaycan diasporunun görkəmli nümayəndəsi, əməkdar artist, uzun illərdir Fransada yaşayan pianoçu, professor Adilə Əliyeva Bakıda ustad dərsləri verəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, Təhsil Nazirliyinin dəvəti ilə Adilə Əliyeva oktyabrın 30-u, 31-i və noyabrın 1-də Üzeyir Hacıbəyov adına Azərbaycan Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçəcək. Dərslərdə iştrak ödənişsizdir və istənilən şəxs əvvəlcədən qeydiyyatdan keçməklə dərslərdə iştirak edə bilər. Bundan başqa, Adilə Əliyevanın Bakıya səfəri çərçivəsində ADA Universitetinin tələbələri ilə görüşünün keçirilməsi də nəzərdə tutulub.
Teatrda imtahan
Mədəniyyət və İncəsənət Universitetinin “Dram rejissorluğu” fakültəsində qiyabi təhsil alan 3-cü kurs tələbələri ixtisas fənnindən imtahan verərək Musiqili Teatrda çıxış ediblər. Teatrın Mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Olaylar – a bildirib ki, imtahan prosesi Musiqili Teatrın kiçik səhnəsində - Gənclərin Yaradıcılıq Studiyasında baş tutub. İmtahan işi kimi Əli Səmədlinin “Meşə çaqqalsız olmaz” musiqili nağıl-tamaşası nümayiş olunub. Tamaşada rolları Şəbnur Allahverdili, Rəşid Soltanov, Vüsal Qasımov, Ləman Məmmədli, Gülər Kazımova və Aysel İbrahimova ifa ediblər.












.jpg)

.jpg)