Muğam Mərkəzində amerikalı muğamsevərin konserti

Beynəlxalq Muğam Mərkəzində “Amerika Muğam Cəmiyyəti”nin sədri, kaman və tar ifaçısı Cefri Verbakın konserti keçirilib. Olaylar bildirir ki, Azərbaycan milli geyimində səhnəyə Cefri Verbak muğam pərəstişkarı olduğunu, bu çətin, mürəkkəb, zərif musiqini sevdiyini və “Amerika Muğam Cəmiyyəti”nin xətti ilə ABŞ-da və dünyanın digər ölkələrində muğamı təbliğ etməyə çalışdığını bildirib. Sonra C.Verbak kamançada “Segah” muğamını, tarda isə digər muğamlardan müxtəlif parçaları ifa etdi.

Beynəlxalq Muğam Mərkəzində "Amerika Muğam Cəmiyyəti"nin sədri, kaman və tar ifaçısı Cefri Verbakın konserti keçirilib. Olaylar bildirir ki, Azərbaycan milli geyimində səhnəyə Cefri Verbak muğam pərəstişkarı olduğunu, bu çətin, mürəkkəb, zərif musiqini sevdiyini və "Amerika Muğam Cəmiyyəti"nin xətti ilə ABŞ-da və dünyanın digər ölkələrində muğamı təbliğ etməyə çalışdığını bildirib. Sonra C.Verbak kamançada "Segah" muğamını, tarda isə digər muğamlardan müxtəlif parçaları ifa etdi.

Konsertdə Azərbaycanın Əməkdar artistləri Sahib Paşazadənin (tar) və Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə xanəndə Rəvan İsmayilov "Qarabağ şikəstəsi"ni ifa etdi.

Əməkdar artist Sahib Paşazadə Cefri Verbakın Azərbaycan muğamına olan sevgisindən , ABŞ-da muğamı təbliğ etməsindən və Fransada birlikdə keçirilən konsertlərindən söhbət açdı.

Sonra Sahib Paşazadə tarda (solo)- "Segah", Togrul Əsədullayev kamançada (solo)-"Şur" muğamlarını ifa ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31