Mədəniyyət

Yıldız Tilbe səhvini başa düşdü, yoxsa...

30 Oktyabr 2017 13:58

İki gün öncə “ O səs Türkiyə”nin növbəti verilişində heç kimin gözləmədiyi hadisə baş verdi. Münsiflərdən biri Yıldız Tilbe Azərbaycan mahnısını ifa etdi və bununla da Azərbaycan auditoriyasını sözün əsl mənasında təəccübləndirdi. Tilbe istedadlı müğənnimiz Rühəngiz Musəvinin bir zamanlar ifa etdiyi və bir çox türk müğənnilərinin zaman-zaman oxuduğu “O dedi yox, yox” mahnısını oxudu. Təəccüb doğuran məqamlardan biri odur ki, yarışmanın ötən bölümlərinin birində azərbaycanlı iştirakçı Pərvin Səfərovun ifasına dönməməyini “mahnıda şivəni bəyənməməsi”ni absurd bir fikirlə əsaslandırmışdı.

Milli Paralimpiya Komitəsinin vitse-prezidenti İlham Zəkiyev tələbələrlə görüşdü

30 Oktyabr 2017 13:54

2 qat paralimpiya, 2 qat dünya və 7 qat avropa çempionu, Milli Paralimpiya Komitəsinin vitse-prezidenti, Qarabağ qazisi İlham Zəkiyev Mədəniyyət və İncəsənət Universitetinin qonağı olub. Olaylar bildirir ki, universitetin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi görüşdə idmançı həyatı, fəaliyyəti və nailiyyətləri haqqında ətraflı məlumat verib, tələbələrin suallarını cavablandırıb.

Azərbaycan musiqisi Avstriyada

30 Oktyabr 2017 13:51

Avstriya Teleradiosu , Azərbaycan Mədəniyyət Mərkəzi və “Salam Orient” festivalının birgə təşkilatçılığı ilə Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti kafedrasının əməkdaşları Vyanada “Salam Orient” (“Salam Şərq”) festivalı çərçivəsində “ORF Radiokulturhaus” konsert zalında keçirilən “Muğam və klassik musiqinin görüşü” adlı konsertdə iştirak ediblər. Olaylar bildirir ki, universitetin Muğam sənəti kafedrasının müəllimi, Əməkdar artist Nuriyyə Hüseynovanın rəhbərliyi ilə muğam ansamblı, konsertmeyster Vüqar Əhədov və magistr tələbəsi, Prezident təqaüdçüsü Mirhüseyn Əsədullayev müxtəlif təsnif, xalq və bəstəkar mahnıları ifa edib.

Etüd turunun sərgisi təşkil olundu

30 Oktyabr 2017 13:49

Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Vətənin Tərənnümü” etüd müsabiqəsinin davamı olaraq baş tutan etüd turunun sərgisi açılıb. Olaylar bildirir ki, sərgidə etüdçü rəssamlar təbiətin qoynunda olduqları zaman Şamaxı təbiətini tabloya köçürdükləri əsərlər təqdim olunub.

Rəvan ikinci dəfə boşanma səbəbini efirdə AÇIQLADI - Mən utanıram ona bunu deməyə

30 Oktyabr 2017 13:39

ARB telekanalında "Səhər-Səhər" verilişinin qonağı olan Rəvan Qarayev bu yaxınlarda dağılan ailə həyatı ilə bağlı maraqlı açıqlamalar verib. 

“BİR” Tələbə-Könüllü proqramı təqdim edildi

30 Oktyabr 2017 12:57

Mədəniyyət və İncəsənət Universitetinin “Səda” Tədris Tetrında “BİR” Tələbə-Könüllü proqramının təqdimat mərasimi keçirilib. Olaylar bildirir ki, tələbə heyətinin iştirak etdiyi tədbirdə Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektor, professor Gülşən Əliyeva və “BİR” Tələbə-Könüllü Proqramının koordinatoru Canoğlan İlyasov proqram və təklif olunan sosial aksiyalar, təlimlər, intellektual yarışlar və s. layihələr haqqında məlumat verib.

Eldəniz Zeynalov yad edildi

30 Oktyabr 2017 12:56

Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında xalq artisti, aktyor Eldəniz Zeynalovun 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Sarayın foyesində Eldənizin Zeynalovun həyat və yaradıçılığını əks etdirən foto-sərgi nümayiş olunub. Olaylar bildirir ki, Aparıcı Kamran İsrafilov tədbiri açıq elan edərək, E.Zeyanlovun kino və teatr aktyoru kimi fəaliyyətindən qısa məlumat verib. Gecədə xalq artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadə, professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və digər əməkdaşları, aktyorun ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

İngilis dramaturqun əsəri Akademik Milli Dram Teatrında

30 Oktyabr 2017 11:39

 Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub. Teatrın mətbuat xidmətindən Olaylar – a verilən məlumata görə, ingilis dramaturqu Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

"Özümü cəsarətli qız hesab edirəm. Ehtiyac olarsa..." - Sevda Yahyayeva

30 Oktyabr 2017 11:32

"ATV maqazin onlarla" verilişinin müsahiblərindən biri gənc ifaçı Sevda Yahyayeva olub.  Sevda özünü cəsarətli müğənni adlandırıb. Niyəsini aşağıdakı ifadələrlə izah edib: "Mən özümü cəsarətli qız hesab edirəm.

Röya ilə Günay arasında QALMAQAL: Əməkdar artist müğənniyə QADAĞA QOYUB? - VİDEO

30 Oktyabr 2017 11:21

Tanınmış ifaçı Günay İbrahimli “ATV maqazin onlarla” verilişinə qalmaqallı açıqlama verib. O, bir müddət əvvəl Qazaxıstanda keçirilən “Star of Asia” musiqi festivalına dəvət olunduğunu deyib.

“Türk dünyası ənənəvi uşaq oyunları” festivalı keçiriləcək

30 Oktyabr 2017 11:15

Noyabrın 3- də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçiriləcək.

Emin Ağalarov Əminə ilə birlikdə 

30 Oktyabr 2017 09:50

Emin Ağalarov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın övladlığa götürdüyü Əminə ilə olan videosunu paylaşıb.

Gənc yazarlarımız beynəlxalq ədəbiyyat festivalında

29 Oktyabr 2017 23:04

Oktyabrın 28-dən başlayaraq İstanbul Fatih Bələdiyyəsinin təşkilatçılığı ilə Gənc Yazarların Görüşü keçirilir. Noyabrın 4-dək keçiriləcək tədbirdə ölkəmizi tanınmış şair, saytımızın və APA TV-nin əməkdaşı Şəhriyar del Gerani və gənc yazar, rejissor Mətləb Muxtarov təmsil edirlər.

Oqtay Əliyev Dilarənin ad günündə ona ev hədiyyə etdi, özü də başqa ölkədə

29 Oktyabr 2017 16:49

Tanınmış rejissor və prodüsser Oqtay Əliyev xanımı Dilarə Əliyevaya ad günündə ev hədiyyə edib. Bu haqda “İnstagram”da paylaşılan fotonun şərhində qeyd edilib: