“Türk dünyası ənənəvi uşaq oyunları” festivalı keçiriləcək
Noyabrın 3- də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV “Türk dünyası ənənəvi uşaq oyunları festivalı” keçiriləcək.
30 Oktyabr 2017 11:15 MədəniyyətNoyabrın 3- də Gəncə şəhərində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin, Bakı Yunus Emre İnstitutunun, Türkiyə Cümhuriyyətinin Gəncə Başkonsulluğu və Gəncə Regional Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə IV "Türk dünyası ənənəvi uşaq oyunları festivalı" keçiriləcək.
Birgə keçiriləcək layihələrin məqsədi türk dünyasının qeyri-maddi mədəni irs nümunələrinin ayrılmaz tərkib hissəsi olan ənənəvi uşaq oyunlarının həm əyləncə, həm də yarış formatında keçirilməsi, onların gələcək nəsillərə çatdırılması, eyni oyunlarla böyüyərək müxtəlif coğrafiyada yaşayan uşaqlar arasında dostluq əlaqələrinin genişlənməsinə, məktəblilərin yaradıcılıq qabiliyyətlərinin inkişafına və milli adətlərin dəstəklənməsinə xidmət edəcək.
Festivalda Gəncə, Şəmkir, Ağstafa Regional Mədəniyyət və Turizm İdarələrinin tərkibində fəaliyyət göstərən Uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri iştirak edəcəklər.