Narana "Dön geri" dedi - VİDEO-FOTO
1 Noyabr 2017 10:42 MədəniyyətMüğənni Narana Paşayeva yeni "Dön geri" adlı mahnısnı və ona çəkilən klipini təqdim edib. Sözləri Zülfi Bədəlova, musiqisi Elvin Musayevə aid mahnıya ekran həyatını Rəhman Əliyev verib. Klipin operatoru isə Delee-dir. Narana saytımıza açıqlamasında bildirib ki, klipdən sonra növbəti fotosessiyasını təqdim edəcək. Xatırladaq ki, Narananın bundan öncəki klipi İstanbulda "Gülümsə" adlı mahnısına çəkilib. Aranjimanı Türkiyenin məşhur aranjimançısı İskəndər Paydaşa məxsus mahnını rejissor Tamer Aydoğdu ekranlaşdırmışdı. Qeyd edək ki, N.Paşayeva xalq artisti, Opera və Balet Teatrının solisti Samir Cəfərovdan vokal dərsi alır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31