Mədəniyyət

“Testene-Art” II Beynəlxalq  İncəsənət festival-müsabiqəsinə yekun vuruldu

3 Aprel 2018 10:24

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə keçirilən “Testene-Art” II Beynəlxalq  İncəsənət festival-müsabiqəsinə yekun vurulub. Olaylar.az bildirir ki, Mərdəkan Mədəniyyət Sarayında keçirilən tədbirdə ilk öncə  Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəis müavini Nazim Əliyev çıxış edərək, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycanla yanaşı İtaliya, Rusiya, İsrail və digər ölkələrdən müsabiqəyə 300-ə yaxın iştirakçı qatılıb. Bu festivalın ölkələrarası mədəniyyətin inkişafına öz töhvəsini verdiyini vurğulayıb.

Uşaq Kitabı Gününü qeyd edildi

3 Aprel 2018 09:32

Azərbaycan Respublikasının Preidenti yanında Bilik Fondu 2 aprel – Beynəlxalq Uşaq Kitabı Günü münasibətilə Qaradağ rayonu Lökbatan qəsəbəsindəki 233 nömrəli tam orta məktəbdə tədbir keçirib. “Ucalığa aparan yol kitabdan başlanır” mövzusunda ədəbi-bədii tədbiri giriş sözü ilə Bilik Fondunun Qaradağ rayonu üzrə nümayəndəsi Samirə Musayeva açıb və iştirakçılara kitabın əhəmiyyətindən, mütaliənin uşaqların inkişafında rolundan danışıb.

Görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında qırğız və rus dillərində kitab çap olunub

3 Aprel 2018 09:16

Bişkekin “Turar” nəşriyyatında Hidayətin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş görkəmli yazıçı, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev haqında “Mir Cəlal dünyasından sətirlər” esse-xatirə kitabı qırğız və rus dillərində nəşr edilib. On iki il əvvəl Azərbaycan dilində işıq üzü görən kitabı qırğız dilinə Bekten Dıykanbay, rus dilinə isə Səyavuş Məmmədzadə tərcümə edib.

Firəngiz Mütəllimovaya itki üz verib

2 Aprel 2018 17:33

Xalq artisti Firəngiz Mütəllimovanın ailəsində ağır itki baş verib. Aktrisanın xalası oğlu dünyasını dəyişib.  

"Atam kimsəylə danışmaq istəmir" - Fuad Poladovun oğlu

2 Aprel 2018 17:04

"Fuad Poladov müalicəsini davam etdirir, vəziyyətində hansısa irəliləyiş yoxdur.”  Bu sözləri Xalq artisti Fuad Poladovun oğlu Ağarəhim Poladov söyləyib. Onun sözlərinə görə, aktyorun vəziyyəti stabildir:  "Müalicəsini burada alır. Gələn zəngləri açmır, çünki özü kimsəylə danışmaq istəmir. Xahiş edirəm, anlayışla qarşılayasınız”, - o, daha sonra əlavə edib. 

“Ermənilər” məşhur Azərbaycanlı xanım müğənnini İŞƏ SALDI - FOTO

2 Aprel 2018 16:52

Bir neçə gündür Feysbukda azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib. İfaçının şəxsi Feysbuk hesabı bir neçə günlük bloklanıb.

"Manana 20 ildir Bakıdadır, Azərbaycan dilində danışa bilmir"- VIDEO

2 Aprel 2018 15:52

ARB TV-nin "Açıq pəncərə” proqramının növbəti qonaqlarından biri də müğənni Kərim Abbasov olub. Sənətçi, efirdə onunla birgə proqrama qatılan, sosial şəbəkələrdə məşhurlaşan əcnəbi xanım Martanın Azərbaycan dilində çox gözəl danışmasına təəccüblənib.

“Peşəkar aktyorluq dərsləri” kitabı nəşr olundu

2 Aprel 2018 15:08

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin yeni nəşri – görkəmli rus aktyoru və teatr nəzəriyyəçisi Mixail Çexovun “Peşəkar aktyorluq dərsləri” kitabı çapdan çıxıb.

Gənc rəssamlar üçün rəsm müsabiqəsi

2 Aprel 2018 14:50

“Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə “Art Tover” qalereyası rəsm müsabiqəsi elan edib. “Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqə Mədəniyyət və Turizm Nazirliyi və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə təşkil olunub.

Xalq artisti efirdə göz yaşı tökdü: "Yiyələri yoxdur" - VİDEO

2 Aprel 2018 14:31

ARB TV-nin "Səhər-Səhər" verlişinin növbəti qonağı Xalq artisti Flora Kərimova olub. Xalq artisti acınacaqlı vəziyyətdə yaşayan Tahir Əkbərin ailəsinə görə efirdə göz yaşlarını saxlaya bilməyib: "İnanırsınız ki, onlar masaya yemək qoydular mən yeməyə qıymadım.

Bir millət, iki dövlət

2 Aprel 2018 12:47

Qardaş ölkədə ortaq dəyərlərimizə həsr olunan maraqlı tədbir keçirildi Türkiyənin dilbər guşələrindən olan Alanyada A. Keykubat Universiteti ilə Bakı Slavyan Universitetinin birgə “Türkiyə və Azərbaycanın ortaq dəyərləri” mövzusunda elmi konfrans keçirilib.

Hüseyn Cavidin ailəsinə həsr olunan tamaşa - “Zülmətdə nur”

2 Aprel 2018 12:06

Görkəmli dramaturq Hüseyn Cavid ailəsinə həsr olunan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib. Olaylar.az bildirir ki, tamaşa Sumqayıt Dövlət Dram Teatrında AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, f.ü.f.d. Nizami Muradoğlunun mənzum pyesi əsasında hazırlanan “Zülmətdə nur” tamaşasının premyerası keçirilib.