Mədəniyyət

Azərbaycan efirində şok anlar: məşhur rəqassə yandı - VİDEO

1 May 2018 12:46

ARB TV-nin "Sayqa ilə" verilişində gərgin anlar yaşanıb. Belə ki, verilişə qonaq qismində dəvət olunan rəqqasə Simona Amirovanın saçları yanıb. Rəqs etdikdən sonra başındakı şamdanı masanın üzərinə qoymaq istəyərkən Simonanın saçları alovlanıb. Yerə yıxılan rəqqasəyə studiya işçiləri kömək edib.

"Aygünlə duet oxudum və onu depressiyadan çıxardım" - Namiq

1 May 2018 10:56

“Bizim bir-birimizə böyük dəstəyimiz olub. Bunu çox xırdaladım. Səhnəyə yanaşmağı, bir çox şeyləri öyrəndim. Amma bir çox şeyləri də öyrətdim”. Bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu “10-dan sonra” verilişində deyib. Xalq artisti Aygün Kazımova ilə duet ortaqlığından danışan sənətçi gözlənilməz açıqlama verib. O bildirib ki, Kazımova ilə duet oxuyaraq onu depressiyadan qurtarıb:

"Qisasçılar: Sonsuzluq savaşı" bütünlükdə IMAX® kamerası ilə çəkilmiş ilk Hollivud filmi

1 May 2018 10:52

IMAX və MARVREL əməkdaşlığının 10 illiyini "Qisasçılar: Sonsuzluq savaşı" blokbasterinin nümayişi ilə qeyd edəcək. MARVEL kino kainatının bütün personajlarının ilk dəfə olaraq bir araya toplaşdığı "QİSASÇILAR: SONSUZLUQ SAVAŞI" filmi ilk səhnədən tutmuş sonuncuya kimi bütünlüklə IMAX kamerası ilə çəkilmiş ilk bədii Hollivud filmidir. Çəkiliş zamanı ALEXA IMAX kamerasından istifadə olunmuşdur. Tanınmış rejissorlar öz sənət əsərlərini ərsəyə gətirmək üçün artıq IMAX avadanlığından istifadə etmişlər, məsələn Kristofer Nolan, Rayan Conson, Maykl Mey və Russo qardaşları. Lakin indiyə kimi bu kamerdan istifadə qismən olmuşdur.

Kaliforniyada ADR-in 100 illiyinə həsr olunmuş şahmat turniri 

1 May 2018 10:43

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü və dəstəyilə aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş geniş şahmat turniri keçirilib.  “Bakı Açıq Şahmat Turniri” adlandırılan turnir San Dieqo Şahmat Klubu tərəfindən keçirilib. Turninirin bundan sonra hər il 28 may - Respublika Günü ərəfəsində keçirilməsi nəzərdə tutulur. 

Nazirliyin loqosu dəyişdi

1 May 2018 10:29

“Qız uşağıyam, mənə İnstaqram olmaz” -  əməkdar artist

1 May 2018 10:21

Əməkdar artist Bəsti Sevdiyeva “Zaurla Günaydın” verilişinin qonağı olub. Aparıcı Günay Baxşəliyeva muğam ifaçısına İnstaqramda aktiv olmadığını deyib. 

Beynəlxalq Caz Günü - Muğam Mərkəzində

1 May 2018 07:44

Beynəlxalq Muğam Mərkəzində ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə Beynəlxalq Caz Günü münasibətilə qala-konsert keçirilib. Konsertdən əvvəl Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Elnur Sultanov çıxış edərək ölkəmizdə caz musiqisinin zəngin və tarixi ənənələrinin olduğunu bildirib.  Sonra UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının loqosunun həkk olunduğu xatirə hədiyyəsi Bakı Caz Festivalının rəhbəri Leyla Əfəndiyevaya təqdim edilib.

Gürcüstanda “Əli və Nino” tamaşasının premyerası olacaq​​​​​​​

1 May 2018 07:36

Mayın 1-də Tbilisidə Şota Rustaveli adına Teatrda “Əli və Nino” romanı əsasında səhnələşdirilmiş eyniadlı tamaşanın premyerası olacaq. Tamaşa İvane Maçabeli adına Tsxinvali Dövlət Dram Teatrı tərəfindən hazırlanıb. Əsərin səhnə versiyasının rejissoru Qoça Kapanadzedir.

Hacıdan şok açıqlama: “Hamısı keçmiş həyat yoldaşlarımdır”

30 Aprel 2018 16:32

Tanınmış teleaparıcı Hacı Nuran şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib. Nuran aşiq olduğu qadının da adını açıqlayıb: “Bir il öncə Meray Kerridən çox xoşum gəlirdi. Bakıya gələndə onunla foto çəkdirdim. Selin Dionun da aşiqiyəm, o mənim üçün əlçatmaz qadındır. Kaş onunla görüşə biləydim”.