29 yaşında güllələnən Mikayıl Müşfiq
2 May 2018 14:53 MədəniyyətHüseyn Cavid: "Müşfiq bir oddur ki, özü-özünü yandıracaq"
29 yaşında Stalin represiyyasının qurbanına çevrilən Mikayıl Müşfiq 1908-ci ildə Bakıda dünyaya gəlib. 6 aylığında anası Züleyxa xanım 4 yaşında atası dünyasını dəyişib. Hazırda adını daşıdığı 18 nömrəli məktəbdə müəllimlik edib.
Süleyman Rüstəmin "Oxuma, tar" əsərinə cavab olaraq "Oxu tar" şeirini yazıb.
Yazıçılar İttifaqının iclaslarında, dövri mətbuatda Müşfiqə qarşı kəskin, qərəzli, sərt fikirlər səsləndirilirdi.
1937-ci ildə ad günündən bir gün əvvəl 4 iyun tarixində Müşfiqin evinə gələn iki nəfər onu həbs edirlər. Daxili İşlər Komissarlığının hazırladığı arayışda göstərilir: "Mikayıl Müşfiq Müsavat Gənclər Təşkilatı ilə əlaqə saxlayır. Partiya və hökümətin ünvanına böhtanlar deməkdən çəkinmir"
SSRİ Ali Məhkəməsinin səyyar hərbi kollegiyasının 5 yanvar 1938-ci il, saat 11:20-də başlanan məhkəməsi 11:40 da, cəmi 20 dəqiqə sonra Mikayıl Müşfiq Qədir oğlunun "Xalq düşməni" adı altında güllələnməsi hökmü ilə başa çatır. Şair ertəsi gün Nargin adasında güllələnir. Cənazəsi Xəzər dənizinə atılır ki, məzarı qalmasın.
Olaylar.az "Belə belə işlər"-ə istinadən bildirir ki, Müşfiqdən sonra həbs edilən həyat yoldaşı Dilbər Axundzadə işgəncələr səbəbindən əsəb xəstəsi olduğu üçün 1939-cu ilin martında azadlığa buraxılıb, Gəncəyə qayıdıb.
"-Dedim, mən aclıq elan edirəm. Onlarda da qaydadır, aclıq eləyəndə səni Odinoçkaya salırlar, incidirlər. Orda da fortuçka kimi yer var idi, odinoçkada gəlirdilər təhqir edirdilər, cürbəcür sözlər deyirdilər. O qədər incitdilər ki, bir də gördüm xəstəxanadayam, huşumu itirmişəm.
Müşfiqin bacısı Böyükxanım həbs olunmamaq üçün evində özünü yandırır. Digər bacısı Balacaxanım isə həbs olunaraq Arxangelskə sürgün edilib. 6 il həbs düşərgəsində ağır günlər keçirib. 1956-cı ildə Müşfiq bəraət alandan sonra, Balacaxanım vətəninə qayıdıb.
Qardaşı Mirzə isə övladları ilə birgə itkin düşüb.