Özcan Denizin atası xəstəxanaya yerləşdirildi
2 May 2018 17:23 MədəniyyətMəşhur müğənni Özcan Denizin atası xəstəxanaya yerləşdirilib.
Müğənninin atası nəvəsinin doğulduğu xəstəxanaya aparılıb. Keçən ildən bəri ağciyər və bağırsaq xərçəngindən müalicə alan Sadık Denizin vəziyyətinin ağırlaşdığı deyilir.
Müğənninin qardaşı Ercan Deniz xəbərlə bağlı açıqlama verib:
"Vəziyyəti ağırdır. Amma nəvəsini görə bildi və bu onu çox xoşbəxt etdi".
Qeyd edək ki, bir neçə gün əvvəl Özcan Deniz və Feyza Aktan cütlüyünün oğlu dünyaya gəlib.

Axsam.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31