Mədəniyyət
Dünya İrs Komitəsinin sessiyasının Bakıda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir
Bakı Konqres Mərkəzində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda təşkil olunacaq 43-cü sessiyasına hazırlıqla bağlı növbəti toplantı keçirildi.
Mehriban Əliyeva 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Bakının Yasamal rayonunda Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbindəki şəraitlə tanış olub. Olaylar.az bildirir ki, Mədəniyyət naziri Əbülfəs Qarayev Birinci vitse-prezident Mehriban Əliyevaya məktəb haqqında məlumat verdi.
Gəncədə 15 İyun – Milli Qurtuluş Günü qeyd olundu
Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında 15 İyun Milli Qurtuluş Gününə həsr edilən konsert proqramı keçirildi. Konsert proqramını Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Millət vəkilləri Pərvin Kərimzadə və Naqif Həmzəyev, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gürcüstanın Gəncədəki vitse-konsulu Teymuraz Saladze, idarə, müəssisə, təşkilat rəhbərləri və şəhər ictimayyətinin nümayəndələri izlədilər.
Ermənilər “Məşədi rəqsi”ni çırpışdırdı - Video
Ermənilər “Məşədi rəqsi”ni çırpışdırdı - Video
UNESCO-nun baş qərargahında Bakı Dövlət Universitetinin 100 illiyi təntənə ilə qeyd olunub
Azərbaycan Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. Olaylar.az bildirir ki, Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib.
Varşavada Yaqub Mahmudovun polyakcaya tərcümə edilmiş kitablarının təqdimatı olub
Varşavada Yaqub Mahmudovun polyakcaya tərcümə edilmiş kitablarının təqdimatı olub
Rekord qıran “Çernobıl” mini-serialının uğur səbəbi
Rekord qıran “Çernobıl” mini-serialının uğur səbəbi
“Çölçü” bədii filmi beynəlxalq mükafatlara layiq görülüb
“Çölçü” bədii filmi bu günlərdə İsraildə keçirilən “Near Nazareth Festival 2019” beynəlxalq film festivalında “Ən yaxşı aktyor heyəti” və “Ən yaxşı rejissor”, İtaliyada “Florence Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, “Oniros Film Awards 2019” festivalında “Ən yaxşı bədii film”, İndoneziyada “European Screen Awards 2019” festivalında “Ən yaxşı bədii film”, Hindistanda “Mahul Woods International Film Festival”da isə “Ən yaxşı bədii film” və “Ən yaxşı operator” mükafatlarına layiq görülmüşdür.
Bəsti Cəfərovanın 60 illik yubileyi keçiriləcək
İyunun 14-də saat 19:00-da Akademik Milli Dram Teatrında Xalq artisti Bəsti Cəfərovanın 60 illiyi münasibəti ilə yubiley gecəsi təşkil olunacaq. Olaylar.az bildirir ki, yubiley gecəsində Xalq artisti Bəsti Cəfərovanın iştirakı ilə uğurla nümayiş olunan “Qətibə İnanc” tamaşası oynanılacaq.
Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub
İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib.
Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapılıb
Misirdə Nəsiminin Azərbaycan dilində əlyazması tapılıb
Heydər Əliyev Mərkəzlərinin Elmi İşçilərinin I Ümumrespublika seminarı keçirilib
İyunun 15-də Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından 26 il ötür. Dövlətçilik tariximizdə 15 iyun Milli Qurtuluş günü kimi qeyd olunur.
Qurtuluş gününə özəl flaşmob hazırlanır
İyunun 15-də Qış Parkında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, Azərbaycan Televiziyasının Mədəniyyət Kanalının dəstəyi ilə Bakı şəhər musiqi və incəsənət məktəblərinin şagirdləri flaşmob təqdim edəcək.
Bakıda II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib
Muğam Mərkəzində Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və bir sıra Bakı şəhər orta məktəblərinin iştirakı ilə II Dünya Xalqlarının Mədəniyyəti Festivalı keçirilib. Olaylar.az bildirir ki, bu Festival 2014-cü ildən etibarən Bakı Avropa Liseyi tərəfindən yaradılan və ADA Universitetinin dəstəyi ilə həyata keçirilən “Sərhədsiz Diplomatiya” (“World Wide Diplomacy”) Beynəlxalq Uşaq Diplomatiyası layihəsi çərçivəsində ikinci ildir ki keçirilir.





.jpg)








