Alim Qasımov 55 yaşını səfərdə keçirəcək
1 May 2012 13:37 MədəniyyətAvqustun 14-də 55 yaşı tamam olan xalq artisti, tanınmış xanəndə Alim Qasımov ad gününü səfərdə keçirməli olacaq. Belə ki, iyul ayından başlayaraq yenidən yola çıxacaq sənətkar avqust ayında İngiltərə və Fransaya səfər edəcək. Xalq artistinin "Olaylara"-a verdiyi eksklüziv açıqlamaya görə doğum gününü sevdiyi insanların əhatəsində keçirmək istəsə də bunun nə dərəcədə mümkün olub-olmayacağaı barədə hələ ki, məlumatsızıdr: "İyuldan başlayaraq qızım Fərqanə ilə xaricə səfərlər edəcəyik. Avqustun 14-də də mənim 55 illik yubileyim olacaq. Hələ dəqiq bilmirəm vətənimdə olacağam, ya yox. Çünki avqust ayında Fransa və İngiltərəyə səfər planlaşdırılıb. Bilirsiniz ki, həyatımın çox hissəsini səfərlər təşkil edir. Amma istəyərdim yubileyimi yaxınlarımın əhatəsində keçirim".