“Muhteşem Yüzyıl”: 58-ci bölümdə nələr gözlənilir? VIDEO
1 May 2012 13:16 MədəniyyətTürkiyənin "Star TV" kanalında yayımlanan "Muhteşem Yüzyıl" serialının 58-ci bölümü mayın 2-də nümayiş olunacaq. Lent.az kanalın saytına istinadən xəbər verir ki, bu seriyada İbrahimlə Nigarın münasibətini öyrənən Validə Sultan çıxılmaz vəziyyətə düşür, onun verəcəyi qərar çox şeyi dəyişdirə bilər. İbrahim Nigarı paytaxtdan kənarlaşdırmaq istəyir. Nigar buna razı olsa da, dayənin bəzi şübhələri var. Validə Sultanın səhhətində qəfildən ciddi problem yaranır. Onun sağalıb-sağalmayacağı məlum deyil...
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31