Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədənin vacibliyini vurğulayıb
İlham Əliyev: “Həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir”
18 Aprel 2012 16:27 MədəniyyətSon illər ölkəmizdə korrupsiyaya qarşı genişmiqyaslı qanunvericilik və institusional tədbirlər həyata keçirilməkdədir. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın, habelə ölkə Prezidentinin Dövlət və bələdiyyə əmlakının idarə olunmasında korrupsiya ilə mübarizənin gücləndirilməsi haqqında Fərmanının icrası ilə bağlı kompleks tədbirlərin icrası öz müsbət nəticəsini verməkdədir. Özü də bu mübarizə demək olar ki, cəmiyyətin bütün təbəqələrini əhatə edir. Məlumat üçün qeyd edək ki, ölkədə korrupsiyaya qarşı mübarizənin səmərəliliyini artırmaq məqsədilə qanunvericilik bazası möhkəmləndirilib, "Korrupsiyaya qarşı mübarizə haqqında" qanun, özündə antikorrupsiya tədbirlərini cəmləyən dövlət proqramları qəbul edilib. Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılıb. Nəticədə korrupsiya hüquqpozmalarına yol vermiş bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib. Lakin bütün görülən tədbirlərə baxmayaraq, bəzi özəl və dövlət qurumlarinda süründürməçilik, vəzifədən sui-istifadə, korrupsiya hüquqpozmalarına şərait yaradan neqativ hallar hələ də qalmaqdadir. Elə bu səbəbdən də korrupsiya hüquqpozmalarının qarşısının alınması və qabaqlayıcı tədbirlərin görülməsi, xidməti yoxlamaların səmərəliliyinin yüksəldilməsi kimi məsələlər ön plana çəkilib. Prezident İlham Əliyev Nazirlər Kabinetində cari ilin birinsi rübündə ölkənin social-iqtisadi inkişafına həsr olunmuş müşavirədə çıxışında qeyd edib ki, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə daha da ciddi aparılmalıdır: "Rüşvətxor məmurların ifşa olunması istiqamətində atılan addımlar məni qane etmir. Əgər yerlərdə rüşvətxor məmurlar iqtisadi islahatların aparılmasına imkan yaratmırsa, onda bizim heç bir planımız, proqramımız həyatda öz əksini tapa bilməz. Qəbul olunmuş qərarlar yerlərdə icra edilməlidir və bu qərarların düzgün icrasına əhali nəzarət etməlidir". Dövlət başçısı bununla korrupsiya hüquqpozmalarına törətmiş məmurlara güzəşt edilməyəcəyi, əksinə belələrinə qarşı cəza tədbirlərinin daha da gücləndirirlməsinin vacibliyiyni vurğulayıb. Onu da qeyd edək ki, ölkədə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçıvəsində çoxlu sayda vəzifəli şəxs məsuliyyətə cəlb edilib, indinin özündə də məcələ diqqət mərkəzində saxlanır. Belə halları nəzərə alaraq dəvlət başçısı bəyan edib ki, president də başda olmaqla, bütün məmurlar xalqın xidmətçiləridir: "Biz öz işimizlə, öz fəaliyyətimizlə doğma xalqımıza ləyaqətlə xidmət etməliyik və ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşması işində səyləri davam etdirməliyik. Mən hər bir məmurdan tələb edirəm ki, öz vəzifə borcuna vicdanla yanaşsın, insanları narahat edən problemləri həll etsin. Bütün ərizə və müraciətlərə vaxtlı-vaxtında cavab versin. Xalqa və dövlətə ləyaqətlə xidmət etsin". Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ciddi aparılmasının vacibliyini bildirib: "Həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir".
O da sirr deyil ki, bəzi vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinin operativ cavablandırılması sahəsində də müəyyən şatışmazlıqlar mövcuddur. Bunlar isə nazirlik və komitələrin internet saytından və "qaynar xət"lərindən maksimum effektiv istifadə edilməsinin nəticəsisir. Çıxışında elektron xidmətlərin geniş tətbiq edilməsinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük amil olduğunu deyən prezident İlham Əliyev bütün qurumların elektron xidmətlər göstərməsi üçün sərəncam imzalandığını xatırladıb: "Mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyil. Elə qurumlar, nazirliklər var ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür". Elektron xidmətlərin geniş tətbiq edilməsinin korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə böyük amil olduğunu deyən prezident İlham Əliyev bütün qurumların elektron xidmətlər göstərməsi üçün sərəncam imzalandığını xatırladıb: "Mənə bu yaxınlarda verilən arayışa görə, heç də hər yerdə bu, belə deyil. Elə qurumlar, nazirliklər var ki, tam şəkildə elektron xidmətləri göstərirlər. Məndəki siyahıda elə qurumlar var ki, elektron xidmətləri qismən göstərirlər. Elə qurumlar da var ki, ümumiyyətlə, elektron xidmət göstərmirlər. Mən o qurumların adlarını hələ ki, çəkmək istəmirəm, iki həftə vaxt verirəm, hər bir dövlət qurumunda elektron xidmət yaradılmalıdır. Mənim sərəncamlarım şərtsiz və yubanmadan icra edilməlidir. Sərəncam verilir və hər kəs bilməlidir ki, sərəncamın icrasına nəzarət də var və bu nəzarət güclüdür". Prezident korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin ciddi aparılmasının vacibliyini bildirib: "Həm inzibati, həm də cəza tədbirləri gücləndirilməlidir. Eyni zamanda, sistem xarakterli, institusional xarakter daşıyan islahatlar daha da sürətlə aparılmalıdır. Mübarizə bir gün, bir dəqiqə səngiməməlidir".
Alim