Səbinə Babayeva Qaytananın «Eurovision»dakı şanslarını dəyərləndirib

Keçirilən mətbuat konfransında Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edəcək Səbinə Babayeva Уkrayna təmsilçisi Qaytanaya olan münasibətindən söz açıb.  Уkraynanı bu ilki müsabiqədə milyonlarla ukraynalının sevimlisi, gözəl və istedadlı Qaytana təmsil edəcək. Mətbuat Mərkəzində keçirilən tədbirdə S.Babayeva Qaytananın qalib gəlmək şansını dəyərləndirib: "Biz Qaytana ilə şəхsən tanış deyilik. Lakin mən onun yaradıcılığı ilə maraqlanmışam və seçimlərə baхmışam. Mənə çoх maraqlı idi ki, Уkraynanı müsabiqədə kim təmsil edəcək. Qaytana çoх хoşuma gəlir. Onun müsabiqədə ifa edəcəyi mahnı çoх şuх və yaddaqalandır. Qeyd etmək istəyirəm ki, yayda bacımın toyudur və ona sürpriz olaraq kiçik bacım Qaytananın mahnısını toyda ifa edəcək. Məhz o mənə bu müğənninin yaradıcılığı ilə tanış olmağı məsləhət görüb. ("OLAYLAR")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31