“Avropa Avropa”nın Bakı çəkilişlərinə başlandı
30 Aprel 2012 17:15 MədəniyyətTRT-nin ən çox sevilən seriallarından olan "Avropa Avropa"nın Bakı çəkilişlərinə start verilib. TRT-nin Bakı təmsilçiliyindən "OLAYLAR"-a bildirilib ki, 2 gün davam edəcək çəkilişlər Türk Şəhidliyi, İçəri Şəhər, Nizami Parkı, Sahil Parkı və Park Bulvar Ticarət Mərkəzində həyata keçiriləcək. Mayın 1-də isə teleserialın çəkiliş qrupu Türkiyənin Azərbaycandakı səfriliyində mətbuat konfransı keçirəcək. Serialın Bakı çəkilişləri isə tamaşaçılara 3 həftə sonra təqdim olunacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31