Aslan Hüseynov sözləri Qənirə Paşayevaya məxsus olan mahnı oxuyub
30 Aprel 2012 14:48 MədəniyyətMay ayında solo konsertə hazırlaşan tanışmış müğənni Aslan Hüseynov yaradıcılıq fəaliyyətini durmadan davam etdirir. Bu günlərdə o, sözləri millət vəkili Qənirə Paşayevaya məxsus, musiqisi isə özünə aid olan "Türküstan" mahnısını ifa edib. Sənətçi "Olaylar"a verdiyi eksklüziv açıqlamasında bildirdi ki, yeni mahnılar yazdırsa da klip çəkməyə hələ ki, maddi imkanı yoxdur: "yəni mahnılar yazdırsam da sanballı klip çəkməyə hələ ki, imkanım yoxdur. Elə "Türküstan"la bahəm Nisə Qasımovanın repertuarından olan Ələkbər Tağıyevin "Polis qardaşım" mahnısını da təzəlikcə yazdırmışam. Artıq həmin mahnını bir dəfə ifa etmişəm". Onu da deyim ki, mənim bütün ailəm polisdir. Elə qardaşım özü yol polisidir. Atam da milis olub. Bizdə nəsillikcə polislərdir".
Solo kinsertinə gəlincə isə A.Hüseynov mayın 22-də solo konsert vermək fikrində olduğunu da dedi: "İnşallah, mayın 17-də ad günümdür. Ayın 22-də solo konsert keçirmək fikrim var. Hələ ki, bununla bağlı danışıqlar gedir".